Page 29 - orfoqrafiya_lugeti
P. 29

3. Yazılışı,  yaxud  mənası  qüsurlu  sözlər –  addamaq  (adlamaq),
           alət-əməliyyat (?), alıq-dalğa (?), asudəçilik (asudəlik), balıqovu (balıq
           ovu),  bollu-bəhrəli  (bol  bəhrəli),  bozqırı  (bozqır),  bulanlıq  (bulanıq),
           ciddiyyətli  (ciddi),  dincəltməsiz  (?),  fərəhlik  (fərəhlilik),  gülləşmə
           (güllənmə), xırdametrajlı (qısa metrajlı) və s.
               4.  Yazılışı  müxtəlif  qaydalarda  verilmiş  sözlər –  abidə-bulaq  /
           bulaq-abidə, aldırmaq / aldırtmaq, buta / puta, daim / daima, həmin /
           haman, işartı / işa rantı, muxtar / avtonom, ovsun / əfsun və s.
               5.  Qeyri-işlək  ərəb,  fars,  rus  və  digər  əcnəbi  sözlər –  ab,  abi-
           heyvan, aşüftə, bədgu, eybcu, fak, fləq, flint, fob, ismi-xas, istorioqraf,
           kaput,  kartoçka,  kobzar,  koka,  kretin,  jitiye,  lotok,  lölö,  mujik,  nəşvü-
           nüma, radiomaçta, requlyator, rubəru, yeretik, zəban və s.
               6. Arxaik sözlər, şifahi danışıq elementləri, loru ifadələr – ağzıcırıq,
           ağızdanyava, arıq-tırıq, başıbatmışlıq, bərkgedənlik, budey, cında-cunda,
           cındırax, cırtqoz, çərən-çürən, dəngüş-dəngüş, dıbırçəllək, əngiboşluq,
           filan-fəsman, haça-paça, kalanlaşmaq və s.
               7.  Lüğətdə  yer  almış  sözlərə  dair  lüzumsuz  hallandırmalar  –
           abituriyentli,  abituriyentsiz,  birqoyunlu,  comərdcə,  comərdcəsinə,  co -
           mərdlənmə, comərdlənmək, comərdləşmə, comərdləşmək, comərdliklə,
           çəngələbənzər,  çəngələoxşar,  çəngəlvari,  dənə-dənəlik,  dənələtdirə-
           dənələtdirə və s.
               8. Sahəvi terminlər – abandon, abatment, abuliya, adamsit, addendum, AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           ambistom,  amenoreya,  amensiya,  ametropiya,  amfiblastula,  amfibol,
           amfidiploid, aspergillyoz və s.
               Əlbəttə,  ADTM-in  mövcud  orfoqrafiya  lüğətlərinin  xüsusilə  son
           nəşrləri üzərində apardığı təhlillər, külli miqdarda qüsurların aşkarlanması
           başlıca  məqsəd  deyildi.  Əsas  məsələ  həmin  qüsurlara  bir  daha  yol
           verməməklə yeni orfoqrafiya lüğətinin təməlini atmaq, tərtib prinsiplərini,
           nəzəriyyəsini, metodlarını təkmilləş dirmək və mükəmməl bir lüğət örnəyi
           hazırlamaq  idi.  Bunun  üçün,  təbii  ki,  təxminən  yüz  illik Azərbaycan
           orfoqrafiya lüğəti tarixçiliyinin yalnız tənqidi və tədqiqi kifayət etmirdi.
           Mərkəzin ikinci işi, qeyd edildiyi kimi, “Söz hovuzu” proqramı çərçivəsində
           ən müxtəlif üslublara mənsub mətnlərdən, F. de Sössürün terminologiyası
           ilə desək, nitq yox, dil materialı toplamaq idi.
               Yeni lüğətin çoxsaylı yeniliklərini aşağıdakı şəkildə ümumiləşdirmək
           müm kün dür:
               1.  Orfoqrafiya  lüğətlərinin  müxtəlif  nəşrlərindən  kənarda  qalmış
           sözlər müəyyənləşdirilərək lüğətə daxil edilmişdir ki, bunların böyük bir

                                                                         29
   24   25   26   27   28   29   30   31   32   33   34