Page 33 - orfoqrafiya_lugeti
P. 33
LÜğƏTİN QURULUŞU
1. Lüğət Azərbaycan dilinin söz ehtiyatına süni şəkildə daxil edilmiş
ağızdandolma, beşəlliqamarlama, boğmagöstərən, budaqsürmə,
butulkaboğazlıq, cırtacırtetmə, cırrıtgetmə, cırtacırtsalma, çəmən -
zarolma, çuladönmə, dır-dıretmə, dız-dızoynama, lirik-rəqsvarılıq
kimi minlərlə (ümumi sayı 60 000) söz quramalarından, söz vahidləri
qismində təqdim edilmiş çaq-çaq, çaq-çaraq, çaq-çuq, çaqhaçaq,
çaqqaçaq, çaqqaçaraq, damb-damb, dam-dam, dam-dum, danq,
danqadanq, danq-daranq, danq-dunq, dız, dız-dız, dızz, domb, dom-
dom, dü-dü, ham-ham, hav-hav, zanq, zaranq, zaranqazaranq kimi
səs təqlidləri və heyvan səslərindən, qeyri-işlək ərəb, fars, eləcə də digər
xarici ifadələrdən, orfoqrafik və qrammatik xətalı sözlərdən təmizlənərək
əvvəlki nəşrlərdə yer almamış 25 000-dən çox saf Azərbaycan sözü və
işlək terminlərlə zənginləşdirilmişdir.
2. Uzun illər şifahi ünsiyyətdə və yazı dövriyyəsində istifadə olun -
maması səbəbindən işləkliyini itirərək unudulmuş, müasir həyatımızın, AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
demək olar ki, bütün sahələrində xarici söz və terminlərlə əvəz olunmuş
minlərlə qədim, saf Azərbaycan sözləri aktuallıq qazanması məqsədilə
izahlarla verilmişdir.
Məsələn, ağcalıq (albinizm), ayaqçı (kuryer), baharat (ədviyyat),
barat (banderol), baştağ (arka), boğmaca (astma), buzdağı (aysberq),
dadıcı (dequstator), dəbə (qrıja), çalkeçir (məhəccər), çətələ (birka),
çiçəkkorluğu (daltonizm), çilik (tibbi şin), çimərcək (çimərlik geyimi),
dənizanası (meduza), əyrəm (ziqzaq), fırlanğıc (karusel), gəvəş (raxit),
güləm (gül tozu), gülməcə (komiks), güncəl (aktual), xəfəng (framuqa),
kəsmət (təqaüd), qənəpə (kanape), qışla (kazarma), qoxarca (skuns),
qomarğa (mühasirə), qoşqac (ştepsel), qurmaca (pazl), mürcüm (polip),
novur (şpunt), paravan (şirma), piç (vint), salaca (xərək), saymaca
(kalkulyator), tağbənd (arka), tamasa (reyka), tanıq (şahid), tulum
(kombinezon), tutama (niyyətlənmə), şorğa (bulyon), torumca (hörümçək),
tüng (qrafin), uyuz (allergiya), uzunsüngül (oval), vərənə (tros), yatalğa
(düşərgə), yolbənd (şlaqbaum) və s.
33