Page 28 - orfoqrafiya_lugeti
P. 28
İnstitutu – 2004-cü və 2013-cü il nəşrləri) aşkar edilmiş minlərlə (ümumi
sayı 60 000) qrammatik, orfoqrafik, məna xətalı sözləri, milli varlığımızı,
mənəvi dəyərlərimizi aşağılayan təhqiramiz ifadələri, heyvan və quş
səslərini lüğətdən çıxararkən, az qala, yüz illik tarixə malik olan bu dil
sənədinin bu gün dünyanın dörd bir yanında öyrənilib tədqiq və tədris
edilən dilimiz, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz
haqqında hansı təəssüratlar yarada biləcəyi həyəcan və vahimə doğurmaya
bilməzdi. Vəziyyətdən yeganə çıxış yolunu vəsaitdən istifadənin
dayandırılmasında və yeni lüğətin tərtib edilməsində görən Mərkəz lüğəti
vaxt itirmədən qüsur və xətalardan təmizləməklə paralel olaraq 2017-ci
ildə yığcam “İşlək orfoqrafiya sözluyü”, 2020-ci ildə 65 000 saf Azər -
baycan sözü və işlək terminlərin toplandığı “Azərbaycan dilinin orfoqrafiya
lüğəti”ni nəşr etsə də, dilin söz ehtiyatının saflaşdırılması və orfoqra fi -
yası ilə bağlı həyata keçirilmiş bu tədbirlər Dilçilik İnstitutu tərəfindən
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
2021-ci ildə buraxılmış sonuncu və əvvəlkindən də qüsurlu lüğətin
tərtibi prosesində nəzərə alınmadığı səbəbindən vəsait yenidən minlərlə
keçmiş və yeni orfoqrafik xətalarla, ifadə və məna qüsurları, xarici
sözlər, jarqonlar, saxta termin və əcnəbi adlarla ictimaiyyətə təqdim
edildi.
“Təsnifat”ın əvvəlində Dilçilik İnstitutunun 1975, 2004 və 2013-cü
il nəşrlərində yer almış qüsurlu söz və ifadələrin artım statistikası
verilmişdir. Buradan aydın görünür ki, A, B və C hərfləri ilə başlayan
vahidlər üzrə qüsurluluq həddi nəşrdən-nəşrə kəmiyyətcə yüksəlməkdədir.
Və 2013-cü il nəşrində mak simum həddə çataraq, 60 000-ə yaxın söz
vahidinin (eləcə də söz qismində təqdim olunan quramalarının) Ana
dilimizin mənzərəsini əks etdirən lüğətdən kənarlaşdırılması nəticəsinə
gətirib çıxarır.
Sonrakı bölmələrdə isə “Lüğət”in son iki nəşri üzrə qüsurların
(lüğətdən çıxarılan sözlərin) aşağıdakı təsnifatı təqdim olunur:
1. Söz quramaları – andıraqalma, aparıcıolma, barmaqlıqdanbaxma,
başı qovurma, başmaqseyrinəçıxma, bicdoğma, boşqabaoxşarlıq,
cıbırığınıçıxarma, bir cür-bircür, bircürə-bircürə, boğazadəymə, çaypulu -
vermə, çəkməyaxamcırıldı, eşşəkbelisındırma, filqulağındayatma,
qaralarlaoynama, növəmələgətirmədənqalma və s.
2. Səs təqlidləri – cırınqhacırınq, çarhaçar, dız-dız, dızz, diz-diz,
dom-dom, ham, ham-ham, hav, hav-hav, xırıp, xırıpaxırıp, qağ-qağ, qar-
qur, qart-qart, qığ-qığ, quqquluqu, zaranq, zaranqazaranq, zaranq-zaranq,
zınq, zırınq, züy-züy və s.
28