Page 30 - orfoqrafiya_lugeti
P. 30
qismi keçən əsrin sonu, yeni əsrin əvvəllərində meydana çıxmaqla, artıq
ədəbi ünsiyyətin fəal faktına çevrilmişdir.
2. Sovet dövründə Avropa mənşəli vahidlərin sıxışdırıb arxa plana
keçirdiyi bir çox sözlər lüğətə daxil edilərək ədəbi-normativ funksiyaları
bərpa olunmuşdur.
3. Lüğət tərkibinin etnoqrafik əsasında dayanaraq daim dili qidalandıran
çoxsaylı sözlər qarşısındakı süni “ədəbi maneə”lər aradan qaldırılmış,
onlar zəruri anlayışların ifadəçisi olaraq geniş istifadəyə verilmişdir.
4. Azərbaycan cəmiyyətinin elmi-texniki tərəqqisinin göstəricisi
olaraq ünsiyyətdə get-gedə populyarlaşan terminoloji səciyyəli sözlər
lüğətdə özünə məx sus yerini almışdır.
5. Son illər türk dilləri, xüsusilə Türkiyə türkcəsi ilə qarşılıqlı
əlaqələrin intensivləşməsi nəticəsində Azərbaycan dilinə keçən leksik
vahidlər lüğətdə lazımi miqyasda əks olunmuşdur.
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
6. Ədəbi dilin inkişafı üçün təbii olan canlı bir prosesə – mürəkkəb
feillərin düzəltmə feillərə çevrilməsi prosesinə, bir sıra hallarda
eksperimental səciyyə daşısa da, geniş meydan açılmışdır.
7. Əvvəlki orfoqrafiya lüğətləri üçün, nə qədər paradoksal təsir
bağışlasa da, xarakterik olan orfoqrafik variantlılıq aradan qaldırılmışdır
və s.
Və nəhayət, geniş ictimaiyyətə təqdim olunan hazırkı nəşrin (eləcə
də ümumən ADTM-in bu sahədə gördüyü son dərəcə məhsuldar mənəvi-
ideoloji işin!) uğurunu şərtləndirən üçüncü amil isə, heç şübhəsiz,
müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin, Onun işini yeni tarixdə davam etdirən Azərbaycan
Prezidenti, dünya azərbaycan lı larının lideri İlham Əliyevin Azərbaycan
dilinin inkişafı üçün yaratdığı münbit ictimai, siyasi, mədəni şəraitdə
Mərkəzin rəhbəri, Xalq yazıçısı Afaq Məsudun (və onun komandasının)
heç bir tərəddüdə yol vermədən, ardıcıl olaraq nümayiş etdirdikləri
yaradıcı iradə, intellektual əzm və milli təəssübkeşlikdir.
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti 20-ci, 30-cu illərdə başlamış
böyük milli lüğətçilik işinin elə bir təbii davamıdır ki, öz sinergetik
impulsunu milli müstəqilliyin verdiyi parlaq strateji imkanlardan almışdır.
Nizami Cəfərov
akademik
30