Page 34 - orfoqrafiya_lugeti
P. 34

3.  Azərbaycan  dilinin  beynəlxalq  müstəvidə  öyrənilməsi,  istifadə
               arealının  genişləndirilməsi  məqsədi  ilə  milli  etnoqrafik  atributlar  –
               xalçaçılıq,  zərgərlik,  dulusçuluq,  toxuculuq,  boyakarlıq,  misgərlik,
               naxışçılıq, dülgərlik, aşpazlıq, maldarlıq, əkinçilik, musiqişünaslıq və s.
               sahələrə aid sözlər izahlarla verilmişdir.
                   Məsələn, badambura (kul.), badambuta (nax. n.), beşatılan (silah
               n.), çalağan (zoo.), dulusçu (müt.), xış (əkin.), iskəncə (k. təs.), iskəncəbi
               (kul.), iskənə (alət), misgər (müt.), sadaq (oxqabı), yuxayayan (məişət
               a.), yəhərcamı (yəhər e.) və s.
                   4. Spesifik sahələrdə işləklik qazanmış bir çox terminlər Azərbaycan
               ədəbi  dilinin  norma  və  qaydalarına  uyğunlaşdırılmış  şəkildə  təqdim
               edilmişdir.
                   Məsələn, aktivizasiya – aktivizə, akkreditasiya – akkreditə,  dispan -
               serizasiya – dispanserizə, federalizasiya – federalizə, hospitalizasiya –
            AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
               hospitalizə,  improvizasiya – improvizə, indeksasiya  –  indeksə,
               inventarizasiya  –  inventarizə,  ionizasiya  –  ionizə,  kondensasiya –
               kondensə,  mineralizasiya  –  mineralizə, mobilizasiya  –  mobilizə,
               optimizasiya  –  optimizə, urbanizasiya –  urbanizə,  vizualizasiya  –
               vizualizə və s.
                   5.  Əsasən,  xarici  dildə  istifadə  olunan  bir  çox  sahə  mütəxəssisi
               adları, ədəbi-mədəni, fəlsəfi, dini, siyasi və s. cərəyanların daşıyıcı adları
               Azərbaycan ədəbi dilinin normaları çərçivəsində – sözlərin kökünə əlavə
               edilən “-çı”, “-çi”, “-çu”, “-çü” şəkilçiləri ilə təqdim edilmişdir.
                   Məsələn,  auditor  –  auditçi,  bibleist  –  bibliyaçı, bloger  –  bloqçu,
               dizayner  –  dizaynçı,  radikalist  –  radikalçı,  rasionalist –  rasionalçı,
               reformist  – reformçu,  detektivist  –  detektivçi, kubist  –  kubizmçi,
               satirist – satiraçı və s.
                   6.  Əvvəlki  lüğətlərdə sözlərin  kökünə  süni  şəkildə  əlavə  edilən
               “etmə”,  “etdirilmə”,  “olma”,  “olunma” kimi  feillərdən  düzəldilən,
               şifahi  və  yazılı  istifadədə  anlaşılmazlıq  və  ağırlıq  yaradan  mürəkkəb
               sözlər Azər baycan ədəbi dilinin norma və qaydalarına uyğunlaşdırılaraq
               “-lanma”, “-lənmə” şəkilçiləri ilə sadələşdirilmişdir.
                   Məsələn, abunəolma – abunələnmə, analizolunma – analizlənmə,
               bankrotolma – bankrotlanma, bərqvurma – bərqlənmə, bərpaolunma –
               bərpalanma, edamolunma – edamlanma, eksportolunma – eksportlanma,
               ezamolunma – ezamlanma, halsızolma – halsızlanma, ixracolunma –
               ixraclanma, ifaolunma – ifalanma və s.

                 34
   29   30   31   32   33   34   35   36   37   38   39