Page 35 - orfoqrafiya_lugeti
P. 35

7. Əksər hallarda əmr, göstəriş kimi məcburi xarakter daşıyan bir çox
           feillər neytral variantları ilə əvəz edilmişdir.
               Məsələn, aldırtma – aldırılma, apartdırma – aparılma, azdırtma –
           azdırılma, güləşdirtmə  –  güləşdirilmə, kürütdürmə  –  kürüdülmə,
           yığdırtma – yığdırılma və s.
               8. İctimai-siyasi, fərdi-psixoloji mənalar kəsb edən bir qisim feillər
           inkar versiyaları ilə təqdim edilmişdir.
               Məsələn, anlanma – anlanmama, anlaşma – anlaşmama, barışma –
           barışmama, eşidilmə – eşidilməmə, duyulma – duyulmama, qoşulma
           – qoşulmama, razılaşma – razılaşmama, unudulma – unudulmama,
           yenilmə – yenilməmə və s.
               9. Əksər hallarda ölkə adlarına əlavə edilən “-ca”, “-cə” şəkilçiləri
           ilə az sayda təqdim olunan dünya xalqları dilləri, əhatəliliyi artırılaraq
           mənsub olduqları xalqın adı və ada əlavə olun muş “dili” izahı ilə təqdim
           edilmişdir.
               Məsələn, “makedoniyaca” – makedonca, makedon dili; “moldavca”
           – moldavanca, moldavan dili; “ukraynaca” – ukraincə, ukrain dili
           (estonca, eston dili;  fincə, fin dili; flamandca, flamand dili; indonezcə,
           indonez dili) və s.
               10. Oxşarköklü söz və terminlər fərqləndirilməsi məqsədi ilə izahlarla
           verilmişdir.
               Məsələn, ictimaiyyat (elm) – ictimaiyyət (cəmiyyət), breket (stom.) – AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           briket (tex.), kapitul  (xris.)  – kapitulə  (siy.),    katet  (riy.)  – kateter
           (tibb), mizrab (mus.) – mizraq (nizə), monax (xris.) – monarx (siy.),
           morfem (dil.) – morfin (far.) – morfinq (kom.), mumiya (tar.) – mumya
           (bio.), toqqa (qayış) – toqqac (alət) və s.
               11. Türk xalqlarının əzəli qədimliyinin və ərazi arealı hüdudlarının
           müəyyən  edilməsi  məqsədi  ilə  qədim  türk  tayfa  və  qəbilə  adları  türk
           tayfası anlamını verən izahlarla təqdim edilmişdir.
               Məsələn,  alanlar (türk  t.), alpautlar  (türk  t.), arnautlar (türk  t.),
           baharlar (türk t.), baranilər (türk t.), buntürklər (türk t.), kayılar (türk t.),
           kəngərlər  (türk  t.),  küngütlər  (türk  t.),  qaraqalpaqlar  (türk  t.),
           qaraqıpçaqlar  (türk  t.), qaraqırğızlar  (türk  t.), qaşqaylar  (türk  t.),
           qumuqlar (türk t.), moğollar (türk t.), muğlar (türk t.), saxalar (türk t.),
           salarlar (türk t.), saraqurlar (türk t.), sarmatlar (türk t.), şorlar (türk t.),
           təklələr (türk t.), təkə-türkmənlər (türk t.), urumlar  (türk t.), yay cılar
           (türk t.)  və s.


                                                                         35
   30   31   32   33   34   35   36   37   38   39   40