Page 21 - orfoqrafiya_lugeti
P. 21

sözlərə meyil etdikləri qədər də müqavimət göstərirlər və burada arbitr
           rolunu  bu  və  ya  digər  dövrdə  cəmiyyətin  (və  dilin)  düşdüyü  sosial-
           mədəni  şərait  oynayır.  Həmin  şərait  dəyişdikdə  müvafiq  alınmalara
           münasibət də kəskin şəkildə dəyişir. Və nəticə etibarilə, lüğətçi yüzlərlə,
           hətta  minlərlə  sözə  münasibətdə  dilemma  qarşısında  qalır  ki,  hansı
           mənşədən olan vahidi lüğətə daxil etsin, ya etməsin. Azərbaycan dilinə
           gəldikdə  cəsarətlə  demək  olar  ki,  o,  alınmaların  uzun  müddət  tarix
           səhnəsini zəbt etmiş iki “nəsl”i üçün tamamilə açıq olmuşdur ki, onlardan
           birincisi  ərəb-fars  (akademik  Tofiq  Hacıyev  doğru  olaraq  göstərir  ki,
           ərəb və fars alınmaları Azərbaycan ədəbi dili formalaşandan onun türk
           qatına münasibətdə eyni cəbhədə dayanır), ikincisi isə Qərb alınmalarıdır.
           Və bu gün hər iki alınmalar “nəslinin” sinxronlaşmasına əsaslanan Şərq-
           Qərb paralelliyi Azərbaycan dili leksikonunda kifayət qədər fəal “dialoq”unu
           davam etdirməkdədir.
               Dilin daxili imkanları hesabına tədricən yaranan (və ədəbi normaya
           çevrilən) sözlərdən fərqli olaraq, alınmalar ya yazılı, ya da şifahi olsun,
           dilə qısa bir müd dət də, eyni zamanda böyük kütlələrlə keçə bilər. Bu cür
           hallarda xarici müdaxilə nin “süzgəcdən keçirilmə”si dilin ədəbi-mədəni
           müqavimət gücündən asılıdır ki, buraya, hər nə qədər subyektiv amil
           olsa da, lüğət tərtibçisinin intellektual səviy yəsi, milli təəssübkeşliyi də
           daxildir.  Xüsusilə  o  mənada  ki,  tərtibçi  alınmalar  arasından  bu  və  ya
           digər sözü seçib lüğətdə verərkən dilin özgürlüyünə, özünəməxsus inkişaf AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
           qanunlarına əsaslanmalıdır.
               Forma planında ortaya çıxan mübahisələrə gəldikdə isə qeyd etməliyik
           ki,  burada  da  meydan  xeyli  genişdir.  Xüsusilə  ərəb  mənşəli  sözlərin
           əvvəl latın, sonra kiril əlifbasında yazılmasında uzun illər ciddi problemlər
           yaşanmış, məsələyə həm Azərbaycan dili, həm də türk dilləri miqyasında
           baxılmış, prinsip etibarilə, ahəng qanunu üzrə tələffüz (məsələn, adəm→
           adam, məarif → maarif, cəmaət → camaat və s.) əsas alınsa da, həmin
           prinsipə axıracan riayət (təsadüfən işlətdiyimiz bu sözdəki kimi) etmək
           mümkün olmamışdır. Ancaq Azərbaycan dilinə tamamilə yad olan bəzi
           ərəb  fonetikası  xüsusiyyətlərini  (məsələn,  apostrofu)  dildən  çıxarmaq
           üçünsə uzun zaman lazım gəlmişdir.
               Nəzəri dilçilikdə belə bir müddəa hələ XIX əsrdən özünə möhkəm
           yer  tutmuşdur  ki,  “təfəkkürün  forması  olaraq  dil  onun  (təfəkkürün)
           tələblərinə  müna si bət də  həmişə  kasıblıq  çəkir”.  Bir  qədər  sadəlövh
           səslənən bu müddəa sonrakı dövrlərdə təfəkkür və dil əlaqələri zəminində
           daha da zənginləşdirilmişdir.

                                                                         21
   16   17   18   19   20   21   22   23   24   25   26