Page 18 - orfoqrafiya_lugeti
P. 18
etmək olmazdı. Və heç də təsadüfi deyil ki, ana dilindəki sözün mənası
və ya mənaları bir çox hallarda yabançı, xüsusilə daha çox ümumbəşəri
səciyyə daşıyan beynəlxalq dillərə tərcümədə dəqiqləşdirilir. Dünya
dilləri üçün ümumi olan terminologiyaya gəldikdə isə bu, bəşər (insan)
dilinin ayrı-ayrı dillərin leksikonuna münasibətdə öz linqvistik
hegemoniyasını vaxtaşırı olaraq nümayiş etdirməsidir. Odur ki, istənilən
müasir dilin, o cümlədən Azərbaycan dilinin orfoqrafiya lüğətini (hər
şeydən əvvəl ona görə ki, bu, dilin lüğət tərkibini heç bir çeşidləməyə,
təsnifata ehtiyac duyma dan təqdim edən ən demokratik lüğət tipidir;
yetər ki, burada verilən vahidlər – dil işarələri, birincisi, söz anlayışına
uyğun gəlsin, ikincisi isə, orfoqrafiya qayda larına müvafiq yazılsın)
beynəlxalq terminologiyanın getdikcə artan nüfuzundan kənarda təsəvvür
etmək mümkün deyil.
Tipoloji baxımdan aqlütinativ (iltisaqi), genetik baxımdan türk
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
dillərinin nümayəndəsi olan Azərbaycan dilinin leksikonunda, təbii ki,
türk mənşəli sözlər mühüm yer tutmaqla türk aqlütinasiyasının həm
fonetik, həm də qrammatik əlamətlərini ümumi leksik-semantik sistemə
diktə edir. Bununla belə, müxtəlif dövrlərdə Azərbaycan dilinə, demək
olar ki, kütləvi şəkildə daxil olmuş ərəb, fars, eləcə də Qərb (Avropa)
mənşəli sözlər öz flektiv tipologiyasını bu və ya digər dərəcədə (əsasən,
söz yaradıcılığında) hiss etdirir.
Akademik Ağamusa Axundov “söz nədir” sualına belə cavab verir:
“Söz, hər şeydən əvvəl, müəyyən bir səs kompleksindən ibarətdir,
başqa sözlə, o, müəyyən fonetik tərkibə malikdir. Əslində, müəyyən
fonetik tərkibə malik olmayan söz yoxdur.
İkincisi, sözün müəyyən bir mənası vardır. Sözün mənası geniş
anlayış olub, məfhumları, emosional vəziyyətləri və s. əhatə edir.
Nəhayət, üçüncüsü, sözün mənasının müəyyən mənbəyi mövcuddur.
Belə ki, məna yalnız müəyyən bir predmet, hadisə, hərəkət, emosional
vəziyyət əsasında yarana bilər”.
Azərbaycan dilçiliyinin korifeyinin (və müstəqil Azərbaycan Respublika-
sının Konstitusiya layihəsini hazırlayan işçi qrupunun üzvünün) sözə
verdiyi bu tərif Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanarkən
elmi-nəzəri əsas olaraq qəbul edilmişdir.
Sözə əlahiddə tərif verilməsi hər nə qədər vacib olsa da, nəzərə
almaq lazımdır ki, söz, ilk növbədə, leksik-semantik sistemdə mövcuddur.
Belə ki, dildəki sözləri hər hansı kəmiyyətdə, hər hansı məqsədlə və təbii
ki, sistematik şəkildə siyahıya alarkən onların məzmun, forma və funksiya
18