Page 17 - orfoqrafiya_lugeti
P. 17
milli dilçilik təfəkkürünün isə bütün bunlara laqeyd yanaşması qeyd
olunduqdan sonra əlavə edilir ki, “dilin böyük ictimai-siyasi hadisə və
mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran
bəzi mətbuat orqanlarında, radio və televiziya kanal larında ədəbi dil
normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici
dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi, bir qayda
olaraq, yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır,
dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər
aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda
Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması
təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz
göstəricisinə çevrilmişdir”.
Bu cür kifayət qədər kəskin tənqidi mülahizələrin rəsmi dövlət
sənədində öz əksini tapması, ilk növbədə, Azərbaycan dilinin (və xalqının)
həm tarixdən gələn, həm də müstəqilliyinin açdığı geniş imkanlarla yeni
vüsət alan zəngin intellektual-mənəvi enerjisinə əsaslanırdı. Və çox
keçmədən qəbul olunan Dövlət Proqramı qloballaşma şəraitində Azərbaycan
dilinin zamanın tələblərinə uyğun istifadəsi, eləcə də ölkədə dilçiliyin
müxtəlif sahələrinin inkişafı üçün prioritet istiqamətlər müəyyənləşdirdi
ki, onlardan biri də yeni orfoqrafiya lüğətinin hazırlanması idi.
* * * AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
Lüğətçilik, əslində, məhdud bir dilçilik sahəsi yox, bütövlükdə xalqın
ziyalılarının – müxtəlif sahələr üzrə ixtisaslaşmış elm adamlarının,
yazıçıların, ictimai-siyasi xadimlərin məşğul olduğu mədəni-intellektual
bir ümummilli yaradıcılıq meydanıdır.
Hər hansı dilin orfoqrafiya lüğəti, ilk növbədə, həmin dildə aktiv
işlənən sözlərin mütləq əksəriyyətini özündə ehtiva etməli olduğundan
bu cür lüğətlərin tərtibçiləri, hər şeydən əvvəl, “söz nədir” sualı üzərində
dərindən düşünməyə məhkum durlar. Məsələni ümumi dilçilik və ya dil
nəzəriyyəsi baxımından mürək kəb ləşdirən, yaxud ona paradoksal görkəm
verən cəhət isə ondan ibarətdir ki, sözə həm ayrı-ayrı dillərin, xüsusilə
ayrı-ayrı dil tiplərinin (flektiv, aqlütinativ, amorf və polisintetik)
mövqeyindən tərif verilir, həm də ona müxtəlif dillərin fövqündə, yəni
bəşər dilinin universal hadisəsi kimi baxılır. Əgər sözügedən paradoksallıq
nəzərə alınmasaydı, başqa sözlə, ona müəyyən mənada qanunauyğun hal
olaraq münasibət göstərilsəydi, nə ayrı-ayrı dillər, yaxud dil tipləri, nə də
bütövlükdə bəşər dili miqyasında söz barədə dialektik təsəvvür əldə
17