Page 14 - orfoqrafiya_lugeti
P. 14

nümayəndəlik  və  şirkətlərdə  Azərbaycan  dilinin  işlənməsi  yarıtmaz
               vəziyyətdədir...”
                   Sovet  dövrü  ilə  müqayisədə  Azərbaycan  dilçiliyinin  irəli  getmək
               əvəzinə, geri qalması barədə narahatlıq ifadə olunması, əlbəttə, o illərdəki
               kimi bu gün də az düşündürücü deyil:
                   “Azərbaycanda  nitq  mədəniyyəti  məsələlərinin  tədqiqinə  və
               nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi
               bəzən süni olaraq məh dud  laşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç
               də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji
               və sair lüğətlərinin yenidən latın qra  fikası ilə hazırlanıb çap olunması,
               ikidilli tərcümə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır”.
                   Fərmanda dövrün Azərbaycan dili ilə bilavasitə bağlı olan ən aktual
               probleminə  geniş  yer  ayrılması,  şübhəsiz  ki,  təbii  idi. Yüz  illər  boyu
               istifadə edilmiş ərəb əlifbasını xüsusilə XIX əsrdən etibarən Azərbaycanın
            AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ
               görkəmli  ziyalıları  artıq  kəskin  şəkildə  tənqid  eləməyə  başlamışdılar.
               Odur ki, XX əsrin 20-ci illərində yalnız Azərbaycanda deyil, bütün türk
               dünyasında latın əsaslı əlifbaya keçid prosesi kifayət qədər uğurla başa
               çatdı. Lakin 30-cu illərin sonlarında sovet rejimi türk xalqlarını məcbur
               elədi ki, latından kirilə keçsinlər. Əlifbanın bu cür tez-tez dəyişməsi isə
               nəsillər  arasındakı  əlaqələrin  qırılmasına  gətirib  çıxarmaya  bilməzdi.
               Bununla belə, etiraf etmək lazımdır ki, artıq müstəqilliyinə qovuşmuş
               türk  xalqlarının,  o  cümlədən  azərbaycanlıların  latına  qayıdışı  bir  sıra
               baxımlardan zəruri idi. Və odur ki, Azərbaycan Prezidentinin fərmanında
               deyilir:
                   “Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən
               on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi
               olduqca ləng gedir”.
                   Mövcud vəziyyət bundan ibarət idi ki, latın əlifbasına keçidin on ilə
               qədər  uzanması  cəmiyyətdə  müəyyən  çaşqınlıqlar  yaradır,  destruktiv
               qüvvələr  həmin  çaşqınlığı  daha  da  gücləndirmək  üçün  bəzi  şayiələr
               yayırdılar. Onlar Azərbaycanın nəinki kirilə, hətta ərəb əlifbasına qayıda
               biləcəyi barədə danışmaqla xalqa siyasi hakimiyyətin guya dayanıqsız
               olduğu, gah bu, gah da digər oriyentasiyaya meyil etdiyi təsəvvürünü
               təlqin eləməyə çalışırdılar. Ölkə başçısı isə millətin, dövlətin taleyi ilə
               bağlı hər hansı məsələnin tədricən həll olunması tərəfdarı idi. Təcrübəli
               siyasi xadim yaxşı bilirdi ki, əlifba kimi strateji məsələdə tələsmək də
               gecikmək qədər təhlükəlidir... Proses ən mobil sahə olan təhsildən – orta
               məktəblərdən başlamışdı, get-gedə dövlət idarələrini, kütləvi informasiya

                 14
   9   10   11   12   13   14   15   16   17   18   19