Page 99 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 99

Yuxan Borgen

             – Hə, əzik...
             – Sən axı Yenseni suçlayırdın!
             – Mən? Yenseni?
             – Maşını əzən, doğrudan da, o imiş.
             – Yaxşı görək...
             Marianna dəhlizdə dayanıb qapının arasından qulaq asır.
          Doğrudanmı atası Yensen barədə dediklərini unudub? Maşının
          əziyini yaddan çıxarıb? Qız yumruğunu sıxır, sonra açır,
          yenidən sıxır. Axı atası Yenseni necə yadından çıxara bilərdi?
          Ürəyi elə şiddətlə döyünür ki, ona elə gəlir, hamı bu səsi eşidir.
          Marianna atasının stula söykəndiyini, çubuğunu yandırdığını
          eşidir.
             – Əşşi, əzik boş şeydi. Fikir vermə.
             – Lap yaxşı.
             – Elə niyə deyirsən? Elə bilirsən, əziyi unutmuşam? Sadəcə
          olaraq, yorulmuşam. Hə, deməli, deyirsən ki, Yensen eləyib?
             – Sən özün belə deyirdin ki... Guya o, xəlvətcə bizim qaraja
          girib...
             – Bu, mümkün deyil! Səhər hər şeyə bir daha baxdım.
             – Necə yəni mümkün deyil? Əgər insan pislik eləmək
          istəyirsə? Bəlkə, qisas almaqçün?
             – Boşla görək. Məndən nəyin qisasını alacaq? Biz onunla  99
          heç tanış da deyilik.
             – Hə də. Bu Yensenlər hardan peyda oldular? Qəsəbə
          soveti...
             – Əşşi, nə qəsəbə soveti... avara, siyasətbazlar yığınıdır.
          Yensenlə bu gün tramvayda qarşılaşdım.
             – Tramvayla gedirsən?
             – Maşın əzilib də... Pis adam deyil.
             – Kim, Yensen?
             – Hə də, niyə təəccüblənirsən ki? Çox mehriban adamdı.
          O da maşınını qarajda qoymuşdu. Bizim Marianna da onun
          qızıyla dostluq...
             – Evelinayla? Marianna artıq onunla dostluq eləmir. Atası
          bizim maşını əzdiyinə görə.
   94   95   96   97   98   99   100   101   102   103   104