Page 96 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 96
XX əsrin Norveç hekayələri
manlarda dəniz quldurları bunu belə adlandırırdılar. O adam
məni taranlayıb, bunun başqa adı yoxdu!
– Səni taranlayıb?
– Yəni maşınımı! Bu isə eyni şeydi.
– Səninlə maşın eyni şeydi?
– Əlbəttə! Bəs necə? Səni başa düşmürəm, elə bil o
Yensenə züy tutursan! Bura bax, düzünü de görüm, bəlkə, o,
sənin köhnə pərəstişkarlarındandır?
– Ciddi deyirsən?
– Tam ciddi! Təsəvvür eləmədiyin dərəcədə ciddi. Çünki
bu, ciddi məsələdi. Çünki bu, qərəzdən başqa, bir şey deyil.
Düzünü bilmək istəsən, burdan işbirliyinin qoxusunu alıram.
Cinayət-axtarış şöbəsi rəisinin yanında olmuşam. Mənim
köhnə tanışımdı axı.
– Cinayət-axtarış şöbəsinin rəisi? Belə bir...
– Demə ki, xırda iş üçün. Sən mənim canım, o sözü dilinə
gətirmə, eşidirsən? Bəli, tamamilə doğrudu, cinayət-axtarış
şöbəsi rəisinin yanına getmişdim. Öz aramızda qalsın, amma
o, bizim işə həddən artıq ciddi yanaşır. Adamlarını bura
göndərəcək, onlar da əziyin sahəsini ölçüb şəklini çəkəcəklər.
96 O da mənim kimi bunun qisas və ya hər hansı bir təhqiredici
hərəkət olduğunu istisna etmir. Bu, “başqasının əmlakına
qəsdən zərər vurmaq” adlanır. Deyəsən, rəis bunu hətta
maddi zərər adlandırdı.
– Maddi?
– Bəli, maddi. Nəyə təəccüblənirsən? Vallah, bu qadınlar
fantaziya hissindən tamamilə məhrumdular. Gecə qapı
ağzında saxladığın maşın qəfildən alçaqcasına hücuma məruz
qalır. Mənim maşınım kimə mane olurdu, səndən soruşuram?
Yensenə onun nə maneçiliyi vardı? Doğrudanmı zalımların,
quldurların həyatımıza müdaxilə etməsinə və cəzasız qalma -
sına imkan verməliyik? Cəmiyyətin, bizim həyatımızın, bütün
insanlığın söykəndiyi ən müqəddəs qanunları cinayətkarca sına
pozmaq? Yox! Buna nə yolla olursa-olsun, son qoymağın əsl