Page 100 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 100
XX əsrin Norveç hekayələri
– Maşını Yensen əzib? Boş söhbətdi.
– Evelina deyib.
– Hansı Evelina?
– Onun qızı da.
– Hə, Mariannanın rəfiqəsi?
– Artıq rəfiqəsi deyil. Əziyə görə.
– Sənə dedim axı, yaxşı adamdı...
Marianna hələ də qapının arasından qulaq asır. Daha ürəyi
şiddətlə döyünmür. Beynindən bir fikir keçir. Yadına düşür ki,
yayda (elə o saat da gözünün qarşısında yay mənzərəsi
canlanır) istidə uzanmışdı, başı üzərində taxta tavan vardı.
Birdən taxta lövhələr heyvancıqlara, sonra isə nəhəng heyvan-
lara çevrilib ona tərəf hərəkət elədilər, başının üstünü aldılar,
onu tutmaq istəyirdilər. Bunlar yayda olmuşdu, hə, yayda.
Marianna səssizcə qapıdan aralandı və eyni səssizliklə də
pilləkənlərlə aşağı endi. Cırıldamasın deyə pilləkənlərin
kənarına basırdı. Birdən-birə hər şey dözülməz olmuşdu.
Üstəlik də, bu dəfə anasının qışqırdığını eşidirdi.
– Bu əzik məni dəli eləyəcək! Yensenə zəng elə və məsə -
ləni dəqiqləşdir!
100 Həyətə alaqaranlıq çöküb. Mariannanın ağlına gəlir ki,
qəribədi, yayda hava həmişə işıqlı olur. Buradan yeni
qəsəbənin bütün evlərinin pəncərələri görünür, onlar kiçicik
günəşlər kimi parıldayırlar. Pəncərələrdə işıq yanır və buna
görə də qaranlıq daha qatı görünür. Atasıyla anasının danışdığı
otağın pəncərəsindən düşən işıq maşının arxa qapısındakı əziyi
aydınladır. Marianna maşının fənərlərinin yandığını görür. Elə
bil ki, bütün maşınları görür – irili-xırdalı, hamısı dayanıb gecə
qaraja qoyulacaqlarını, ya da əksinə, şoseyə çıxarılacaqlarını
gözləyirlər. Marianna gözlərini zilləyib baxır, maşınların içəri -
sində oturmuş adamları təsəvvür eləməyə çalışır. Axı o, maşını
olanların hamısını tanıyır. “Çox qəribədir ki, indi onların heç
biri orada yoxdur, evlərində oturub maşınları haqqında
danışırlar, maşınlar isə bomboş dayanıb” – deyə Marianna