Page 102 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 102
XX əsrin Norveç hekayələri
Mariannanın Amerikada olduğu müddətdə evdə nəsə baş
verib. Anası yuxarıdan düşür: “Marianna... heç yerdə yoxdu.
Elə bilirdim yatmağa gedib, axı deyəsən, “Gecəniz xeyirə
qalsın” dedi. Yuxarı qalxdım ki, işığı söndürəm, qız yoxdu”.
Anası ora-bura zəng vurdu, uşağı görən olmayıb. “Aman,
Allahım, doğrudanmı axşamın bu vaxtında gəzməyə çıxıb?”
Anası təzə qonşuları Yensenlərə də zəng vurdu. Bəlkə,
Marianna, Evelinanın yanındadı? “Yox, nə danışırsınız, Evelina
çoxdan yatıb. Nədi ki, Marianna itib?” Atası Yensenlə tram-
vayda tanış olmuşdu. Yensen şapşaplarını bir kənara tullayıb
ayaqqabısını geyindi, televizorundan, ailəsindən ayrıldı, hələ
üstəlik, qonşuların çoxunu da ayağa qaldırdı. Anası da Marian -
nanı axtarmağa getmək istəyirdi. Amma evdə, telefonun
yanında da bir adam qalmalıydı, indi bu, ən vacib məsələ idi.
Qorxudan özünü itirən anası fikirli-fikirli yerində donub-qaldı:
deməli, hər halda, insanları ayağa qaldırmaq, gecələr keşik
çəkmək lazım gəlirdi. Bu söz onu qorxudur, amma pis fikirləri
ürəyinə yaxın buraxmır. Marianna azacaq, itə biləcək uşaq
deyil, bu işdə bir iş var. Birdən ağlına gəlir ki, bu gün səhər də
“bu işdə bir iş var” demişdi. Yenidən pəncərəyə baxır. Uzaqdan
bağbanın – guya gecələr skripka çalan o bağbanın yaşa dığı ev
102
istiqamətində cib fənərlərinin işığı görünür. Amma qızı orda
axtarmaq lazım deyil. Marianna dəfələrlə başqa uşaqlarla
birlikdə o evə tərəf gedib. Amma qaranlıqda tək getməz.
Ananın qorxu gah canını alır, gah da buraxır. Gah telefonun
yanına qaçır, gah da aralanır, masanın üstündən qabları yığıb
pəncərəsi küçəyə yox, əks tərəfə baxan mətbəxə aparır.
Və birdən səs eşidir. Evin ətrafından zərbə, metal qıcıltı -
sının səsi gəlir. Bir an əlində dəsmal donub-qalır. Sonra qonaq
otağından keçib özünü pəncərənin qarşısına atır. Heç kim
yoxdu. Lampanın tünd işığında maşının qapısının əzildiyini
görür. Amma... aman Allahım! Niyə ön qapı? Axı əzik arxa
qapı da idi, indi isə belə çıxır ki, hər iki qapı əzilib? Tamam
donub-qalmışdı və fikirləşirdi: “Mən bilirdim, bu işdə bir iş
var”.