Page 104 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 104
XX əsrin Norveç hekayələri
– Yay haqqında bilirəm.
Yay? Necə yəni? Bunu bilə bilməz.
– Axı ananın da o vaxt altı yaşı vardı.
Yox! Anası heç bir şey bilmir. Heç kim heç nə bilmir. Məni
heç kim görmür. O vaxt, yayda da məni heç kim görmürdü.
Küçədən atasının səsi gəlir:
– Ma-ri-an-na!
Sonra Yensenin səsi eşidilir. Dalınca yenidən atasının səsi:
– Cəhənnəm olsun o əzik!
Ləpə. Marianna artıq ləpə deyil. Marianna artıq kirpi deyil.
Anası qaraj qapısının arasından pıçıldayır:
– Hamısı o yayın ucbatından...
Daha kirpi yoxdu. Marianna siçandı. Anasının siçanı.
– Ciy-ciy-ciy – Marianna ciyildədi.
104