Page 108 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 108
XX əsrin Norveç hekayələri
edirdi: “İndiki zəmanədə daş atsan, ya tacirə dəyər, ya da satış
agentinə. Ayaqqabı bağından tutmuş, silaha, buldozerə qədər
hər şey satılır”), deməli, ürəyi cəhənnəm kimi qaynayırdı.
Paul Ulsen evə qayıtmaq haqqında qorxu ilə düşündü.
Evdə onu aylıq hesabat gözləyirdi. Mahiyyət etibarilə bu,
xanımın evdə oturub hər şeyə cavabdehlik daşımağa məcbur
olması (məsələn, xoşagəlməz telefon danışıqları aparmağa,
üzündə təbəssümlə hansısa kağızlar gətirmiş adamlara qapı
açmağa, məktəb müəllimlərini, qonşuları, dostları dinləməyə,
mətbəx işləri ilə məşğul olmağa, yuyub-yığışdırmağa, bişirib-
düşürməyə, qeybət eləməyə, mübahisəyə... ohhhh! ) barədə
üstüörtülü ittiham idi. Aman, ya rəbbim! Allah kəssin bu məi -
şət qayğılarını! Bunlarla savaşmaq, bir zərbədə yerlə yeksan
eləyə bilmək üçün necə güc toplamaq olardı? Hətta onun
dillərə dastan optimizmi belə ildən-ilə hissolunacaq dərəcədə
tükənirdi. Xüsusən də son bir neçə ildə əsəbləri pozulmuşdu.
O, tozsoranlara gözünün ucuyla da baxmazdı. Yüz il də qalsa,
qorxusundan və həqarətdən titrəyən yeni satış agenti ilə
birlikdə kiminsə kandarında dayanmazdı.
Paul Ulsen yenicə açılmış restoranın qapısını itələdi. Bu-
rada iynəyə qədər hər şey təzə idi, təkcə kelnerdən başqa.
108 Paul Ulsen əzəmətli bədəni ilə masaların arasından təntənəylə
keçdi. Zalda kifayət qədər tanıdığı adam oturmuşdu və gülüm -
sə yərək, ona başlarını yelləyirdilər, sonra isə yenidən burun -
larını boşqabın içinə soxub yeyirdilər. Qara qəhvəni bir
udum da bitirirdilər. Onların hamısı eyni heyvanxanadan idilər.
Eyni meymunxanadı, eyni akvarium, o divardan bu divara üzən
balıqlardı. Üzündəki təbəssümü güclə saxlayaraq masa lardan
birinə yaxınlaşdı və əkizi ilə üzbəüz dayandı. Artıq üzün dəki
ifadəyə diqqət yetirməsinin lazım olmadığını anlayınca
təbəssümü qeyb oldu, elə bil kiminsə əli yaş əsgi ilə üzünü
sildi. Təbəssüm eybəcər mimikaya çevrildi və qardaşlar arasın -
dakı oxşarlıq dərhal yerini tutdu.
Ule Ulsen qaşlarını yüngülcə qaldırdı.
– Səni dünən günorta gözləyirdik, – çox da gur olmayan
səslə astadan dedi və gözucu qol saatına nəzər saldı. Saatı qızıl