Page 112 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 112
XX əsrin Norveç hekayələri
verir, başa düşürlər ki, əbədiyyən belə davam edə bilməz. Bəs
sonra nə olacaq? Bunun sonu nəylə bitəcək? Lənət şeytana,
özün görürsən də eqoizm necə dəhşətli dərəcədə çiçəklənib.
Cəmi-cümlətanı onca il əvvəl buna inanmazdın. İnsanlar doğ -
maca ata-analarını, vətənlərini qazanc üçün satmağa hazırdı.
Tamahkar əllər hər tərəfə uzanıb. Hamı rüşvət istəyir, bəxş iş -
dən tutmuş valyutaya, pərdəarxası siyasi maxinasiya ların
qazandırdığı mənfəətə qədər. Yeri gəlmişkən, anam necədi?
Elə bil qardaşının kürəyindən yumruqla vurdular, çeçədi,
sonra nəfəsini dərdi, öskürdü, hayxırdı, nəhayət, cavab verdi:
– Yaxşıdı. Yəni əgər ailədə qadınlar arasındakı çəkişmələri
saymasaq, yaxşıdı. İki qoca üçün böyük evi saxlamaq elə də
asan iş deyil. Daha qənaətlə yaşamaq da olardı. Amma yəqin
ki, səninçün bu, o qədər də maraqlı deyil... Səni əmin eləyirəm
ki, gələn il tozsoran satışını iki dəfə artıracaqsan. Sanballı bir
mükafat alacaqsan və onda bu işi ata bilərsən, arzularını
gerçəkləşdirməyə başlayarsan. Əlbəttə, əgər bir az pul yığa
bilsəz... Atamla anamın baxıma ehtiyacı var. Maqdadan isə iki
evin yükünü çəkməsini tələb eləmək olmaz. Özü də o boyda
evlər, üstəlik, əldən düşmüş yaşlılar...
– Əldən düşmüş? – Paul gülərək onun sözünü kəsdi, –
112 şəhə rin mərkəzində o boyda otaqlarda, özü də əldən düşmüş?
Əlbəttə, bu, heç də Maqdanın istədiyi şey deyildi. Divar boyu
pəncərəsi olan ev, şəhər mənzərəli terras, divar sobası, qara
üzüm talvarı, uzun müştüklü siqar, dar cins.
– Sənə dedim axı, öz yarına fikir ver! – Ule onu dayandırdı
və gözləri parladı. – Maqdanı rahat burax. O, ən azı öz işini
görür və bizi bir çox zəhmətdən, qayğıdan xilas edir, hələ
xərcləri demirəm!
Paul heyrətlə ağzını açdı. Nəhayət, diqqətlə qardaşının
üzü nə baxıb dedi:
– Aman Allahım, adətən, sənin arvadına olan hücumla -
rıma gülümsəyirsən. Niyə üzün buz kimidi? Gözlərin qəzəblə
ba xır? Ule, əzizim, nə olub sənə? Nəsə başqa cürsən. Belə elə -
mə. Ölümünü gözləyən pişik kimisən. Nə isə olub? Tökül
görək.