Page 111 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 111
Eyvin Bolstad
sıxışdırıb gündəmdən çıxarıb, dəzgahlara, tərsanələrə qədər
gedib çatıb və dənizin ucsuz-bucaqsız sonsuzluğunu görməyə
mane olur. Bağışla məni, Ule, bu gün kefim yaxşı deyil. Bütün
bazar günümü ayaq üstə, tənbəl, fərsiz agentləri, yaxud artıq
işinin öhdəsindən gəlməyənləri və bu cəhənnəmdə mənim
özümdən də çox qazanıb yorulanları axtarmaqla keçirmişəm.
Yarısını işdən çıxarmalı olduq. Bəzən bu, uşağın üzünə şillə vur-
maq kimi bir şeydi. Canlara dəyən oğlanlar idilər. Ağıllıydılar,
savadlıydılar! Amma əldən düşüblər. Daha bacarmırlar. Üç-
dörd aylığa işlərini dəyişsələr yaxşıdı. Onda yenidən qaydaya
düşər və daha uzun zaman davam gətirərdilər. Amma
gözləmək olmaz. Fermer öz toyuqlarına qarşı necə qəddar -
dısa, biz də onlara qarşı eləyik. Nə olursa-olsun, əvəzlən məli -
dilər. Ən yüksək keyfiyyətli məhsul əldə eləmək üçün ən yaxşı
cinsdən olan xoruzlardan ən yüksək səmərəliliyə nail olmaq
lazımdı! Ah, bir azca kapitalım olacaqdı ki, nəyəsə əsaslanıb
irəli gedəcəkdim. Elə günü sabah bunların hamısını bir tərəfə
tullayardım və hardan başlayacağımı da bilərdim.
Qardaşı onun dediklərini getdikcə artan gərginlik və
narahatl ıqla dinləyirdi. Paulun başı öz danışığına belə qarışma -
s aydı, Ulenin küncə sıxışdırılmış ov quşuna bənzədiyinə fikir
verərdi. Ulenin necə sərt tonla qəfildən onun sözünü kəsdi - 111
yinə də fikir vermədi.
– Yenə xəyallara daldın? Qəhvəni iç qurtar, getmək vax -
tıdı...
Paul başını buladı və yerindən tərpənmədi, elə bil stula
yapışmışdı.
– İndi kim xəyallara dalmır ki? – kədərli-kədərli davam
elədi. – Bizim ölkəmizdə hamı eyni gərginlik içində yaşayır.
Hamının içində bədbəxtliyin yaxınlaşması qorxusu var. Yaşlılar
otu zuncu illərdəki böhrandan və sonrakı çətinliklərdən danı -
şırlar. Bizlərsə, ya onlara inanmırıq, ya da anlamaq istə mirik.
Amma hər halda, bu, hər yerdə hiss olunur. Şimalda, cənub -
da, harda olmuşamsa, əhalinin bütün təbəqələrində eyni
vəziyyətdi, hamı sabahkı günün xofu ilə yaşayır. İnam sızlıq,
uğurun nəsə gözəgörünməz bir şey olduğu hissi hamıya əzab