Page 115 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 115
Eyvin Bolstad
Paulun üzü bozardı, təkcə almacıq sümüyündəki qırmızı
ləkələr daha da alovlandı. Xırıltılı səslə dedi:
– Çox uğursuz zarafatdı.
Qardaşı oturduğu stulda büzüşdü.
– Hə də, sən elə hesab eləyirsən ki, mən hər həftənin
çərşənbə gününü yadımdan çıxarmamalıyam, sanki işlərim
azmış... Heç dəxli var... – çiyinlərini çəkdi.
– Nə demək istəyirsən? – Paul sərt şəkildə soruşdu.
– Sən çoxdandı yox idin, – deyə qardaşı tərəddüdlə sözə
başladı. – Bu müddətdə altı dəfə pul qoyulub, daha dəqiq
desəm, yeddi dəfə. Bəlkə, sən özün hardasa pul qoymusan,
mən hardan bilim? Öz pulundu, özün bilərsən.
Paul uzun-uzadı oturduğu yerdən qımıldanmadı, qardaşı -
nın baxışlarını tutmağa çalışırdı, amma bacarmırdı, nəhayət,
dedi:
– Kupon göndərilib, ya yox?
Qardaşının nə cavab verəcəyi aydın məsələ idi: “Bax
bunun sənə heç bir dəxli yoxdu”. Nəhayət, qardaşı alt dodağını
əyib həvəssiz dedi:
– Hə, amma...
– Deməli, doğrudan da, uduşa bizim gizlicə oynamağa
başladığımız altı ildən bəri hər həftə göndərdiyimiz bu səfeh 115
rəqəm sıralaması düşüb? Göndərmişdin, eləmi?
– Hə, – qardaşı cavab verdi. – Amma mən bunu eləməyə
qətiyyən borclu deyildim. Bir də ki, mən...
– “Ödəmisən” – Paul onun sözünü kəsdi.– Əlbəttə, əvvəl -
lər də belə olurdu. Mən qayıdan kimi səkkiz, doqquz, on oyu-
nun pulunu sənə vermişəm. Düzdü?
Ule udqundu və həvəssiz-həvəssiz təsdiq elədi:
– Hə, əlbəttə! Amma...
– Mən pul kisəsində, ya da nə bilim, seyfində saxladığın
kuponun payıma düşən hissəsinin, həmçinin udmasalar belə,
o biri kuponların da pulunu vermək istəyirəm. Hamısı üst-üstə
yeddi qoyuluşda, üstəgəl nə əcəbsə dəqiq hesabında yaddan
çıxardığın bir oyun, eləyir səkkiz. Hərəsi dörd krondan – eləyir
otuz iki. Al! Götür deyirəm!