Page 116 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 116
XX əsrin Norveç hekayələri
– Biz bunu sonra da müzakirə eləyə bilərik, – qardaşı dedi.
Deyəsən, nəhayət ki, şokdan ayılmışdı.
– Əlbəttə, bilərik, amma yenə də pulu cibinə qoy.
– Haqq-hesabı da o söhbətə qədər təxirə sala bilərik? –
Ule tərəddüdlə soruşdu.
– Yox, bilmərik, – Paul təkid etdi.
– Yaxşı, onda qoy qalsın – Ule daha qərarlı dedi, – mən
artıq getməliyəm, əlimi burax!
Paulsa qardaşından bərk-bərk yapışmışdı və əgər Ule onun
əlindən çıxmağa çalışsaydı, süfrəni fincanqarışıq çəkib yerə
salacaqdı.
– Nədi, bizi oyundan kənarda qoymaq istəyirdiz? Hə, Ule?
Qardaşı stula çökdü. Üzü pul kimi qızarmışdı.
– Oyundan kənarda? – dedi. – Hər şeyi baş-ayaq eləmək
lazım deyil. Mən elə bilirdim ki, sən oynamaqdan çoxdan
yorulmusan. Sən axı belə şeylərə vaxt sərf eləyən axmaqları
ələ salıb gülürdün. Deyirdin ki, bu oyunda tənəzzül meyilləri,
nə bilim, bayaqdan lağa qoyduğun əyər-əskikləri görürsən...
– Bayaq danışdıqlarım, sadəcə boş söhbətlərdi, danışıb
ürəyimizi boşaldırdıq, – Paul həyəcanla cavab verdi – oyundan
çıxmaq istədiyimi heç vaxt deməmişəm.
116 – Axı davam eləmək istədiyini də deməmisən, – Ule dedi.
– Şənbə, bazar günləri biz ac qurdlar kimi qəbuledicinin
yanını kəsdirirdik, – Paul qəribə, donuq baxışlarla ətrafa
baxaraq dedi, – bütün lotereya qəbzlərini saxlamışam. Bir gün
udacağıma ümid eləmişəm, onda bütün həyatım dəyişər,
məna kəsb eləyərdi. Nəhayət, o gün gəlib çatıb. Hə, əziz
qardaşım, doğmaları satmaq necə bir şeydi? Yoxsa sən, qo-
humluq bir yana dursun, qardaşlığı da saya salmayıb rahatlıqla
pulları cibinə ötürəcəkdin? Bəs din, vətən, başqa şeylər? Hə,
niyə susursan?
– Sənin hədyanlarına nə cavab verməliyəm ki? – qardaşı
etiraz elədi. – Sən həmişə dildən pərgar olmusan, mən sənə
çatmaram. Mənim də valideynlərimiz qarşısında müəyyən
öhdəliklərim var. Məsələn, xərclər... O xərclər ki, səni...