Page 121 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 121
Eyvin Bolstad
Ən yaxında dayanmış adam onun incimiş, gözümçıxdıya
salınmış balaca oğlan uşağı kimi qoluyla tərini (bəlkə də, göz
yaşını, kim bilir) sildiyini gördü.
– Noolar, indi ki belə oldu, mən də səndən geri qalma -
mağa çalışacam. Dükandakı payımı tələb eləyəcəm. Sənin
evliliyinlə bağlı ən çirkin məqamlara qədər heç bir şeyi
gizlətməyəcəm...
Ətrafdakı insanlar onlara sarı yüyürdülər. Amma Ulenin
ovcu qardaşının yaşdan islanmış yanağına dəymişdi. Şillə güllə
kimi dəydi. Masa kənara uçdu.
Amma davadan əvvəl yaranmış bir neçə anlıq sakitlikdə
yaşlı kelnerin heç nə ifadə eləməyən səsi eşidildi:
– Cənablar! Polisə bayaqdan zəng vurmuşam. Dal qapıdan
qaçmaq istəyirsiz, ya polis maşınına oturmaq?
Ardınca mənasız bir pantomim oynandı, ən müxtəlif hiss lər
– əlacsızlıq, ağrı, xiffət, peşmançılıq, alçaltma, kin, qəzəb,
sevgi, nifrət bir-birini sürətlə əvəz elədi. Qana susamış
gözlərdən leysan kimi yaş axıb, yanaqlarda kirli zolaqlar açırdı.
Qardaşların sərxoş davakar olduğunu düşünən müştərilər
onları ayırmağa çalışdılar, sonra yavaş-yavaş geri çəkildilər. On-
lara elə gəlirdi ki, nəsə qorxunc, iyrənc bir hadisənin şahidi
olub lar və bu, yaddaşlarından heç vaxt silinməyəcək. 121
Uzaqdan polis avtomobilinin sirenası eşidildi. Və yalnız bu
zaman Paul çevrildi və riyakarcasına gülümsəyərək dedi:
– Əvvəl-axır qəfəsə düşəcəyik, Stefansen. Hələliksə, bizi
dal qapıdan burax.