Page 123 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 123
Finn Havrevol
Ən maraqlı gün
nanılmaz... onun nə vaxtsa gerçəyə çevrilməsi mümkün -
İdürmü?
Bu yalnız bircə dəfə doğrulmuşdu – Balaca ilə siqaret
çırpışdırıb, sonra onu xəlvət yerdə çəkəndə. İnsafən, buna
görə hər ikisinə yaxşıca tənbeh düşürdü, əvəzində isə birdən-
birə onları sirkə aparmışdılar. Ancaq qaydaya görə...
Ən azından, dəmir xizəkciklərlə bağlı olan hadisəni gö -
türək.
Axı adam düz üç il çəkmə və qaçış konkisi arzulayanda,
onları Allahdan – axşam duasında – və evdəkilərdən yalvara-
yalvara istəyəndə, hər fürsətdə buna eyham vuranda,
dərindən ah çəkəndə, hətta gecələr yuxudan ayılıb zıqqılda -
yanda, bir sözlə, bütün bunlardan keçəndən sonra günlərin bir
günü qəfildən yolkanın altında gözünə bir bağlama sataşır. Elə
qıraqdan baxmaqla görürsən ki, onun içindəki çoxdan
arzuladığın konki olmalıdır – bu isə o deməkdir ki, inanılmaz
hesab etdiyin, demək olar ki, gerçəkləşib.
Məhz bu cür: demək olar ki... 123
Bəs bağlamadakı nə idi? Buzda sürüşmək üçün konkilər,
özü də əlasından, amma çəkməsiz. Velosipedlə bağlı hadisəni
də xatırlamaq olar... Hər halda, inanılmaz hesab etdiyin bəzən
gerçəkləşir. Hətta ən adi bazar günlərinin birində, adicə səhər
yeməyi arxasında da möcüzə baş verə bilər.
* * *
Hava uçuşları haqqındakı xəbəri Odd özünün yulaf sıyığına
pıçıldadı. Çox astadan dedi; bunu deyərkən, təkcə masa
üzərindən öz şəriki Balaca ilə tələsik baxışdı. Hərçənd Balaca
həmişəkitək düz oturmuşdu, həmişəkitək ovurdlarını daş kimi
bərkimiş yeməklə doldurmuşdu – həmişəki kimi də səhər
öynəsindən sonra onu xəlvətcə bir kənara tüpürəcəkdi.
Odd bunu elə-belə dedi.