Page 127 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 127
Finn Havrevol
– Bağışlayın, deməzsiniz saat neçədir?
Yox, deyəsən, heç vaxt ora gedib çatmayacaqdılar...
Amma gəlib çatdılar, özü də lazım olduğu vaxtdan düz iki
saat qabaq.
Bayram bir saatdan sonra başlamalıydı, amma vaxtında
başlamadı, bir saat gecikdi. Budur, artıq onlar əlcəkli əllərini
yumruq kimi düyünləyərək, xəz papaqlarını gözlərinin üstünə
basaraq, isti qış kürklərinin arasından adlayaraq gəlib
tamaşaçıları yay meydançasından ayıran kəndirin yanında du-
rublar... Soyuqdan donan ayaqları ilə hərəsi özü üçün oyduğu
qar çalasının içində dayanmışdı; hələ adambaşına bir dilim kol-
basa-çörək, bir dilim bal-çörək yeyib, ətrafdakıların gözlərin -
dən yayınaraq, arasına qoyun pendiri qoyulmuş buterbrodu
tullamağa macal da tapmışdılar və indi bilmirdilər ki, başlarını
nəylə qatsınlar.
– Gəl telefon kitabçasının axırıncı səhifəsindəki kişi adla -
rının siyahısını əzbərdən deyək, görək kim udacaq? – Balaca
təklif elədi.
– Yaxşı, – Odd razılaşdı.
Səs-səsə verib adları bacardıqları qədər sürətlə qışqır ma -
ğa başladılar. İkisi də gözlərini məzəli tərzdə bərəldib sada -
layırdı: 127
– Andreas, Bernhard, Viktor, Qabriel...
Əvvəlcə hər şey yağ kimi gedirdi.
– David, Yens, Jan, İvar...
Sonrası yağ kimi getməsə də, hər halda, gedirdi. Növbə
siyahıdakı ən məşhur adlara gəlib çatdı. Onları səsləndirmək
ayrı aləm idi, ağızdan öz-özünə çıxırdılar:
– Karl, Lars, Morten, Nils!..
Adlar ağızdakı qaymaq kimiydi, bir qram da yağı olmayan
qaymaq kimi!
– Odd, Peter, Raqnar...
Bundan sonra isə işlər çətinləşirdi.
Balaca tamam dolaşmışdı, ümumiyyətlə, indi ikisinin də
dili topuq vururdu. Ağızlarından “Erik, Yuxan, Yakob” adları