Page 131 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 131
Finn Havrevol
Tramvaydan düşəndən sonra buz bağlamış sərt təpəni
dinməzcə qalxdılar. Kimsə səhər ora qum səpmişdi və indi
qardaşların rantlı çəkmələri sürüşmür, ikisi də cəld yeriyirdi.
Yalnız tinə çatanda yüyürməyə başladılar.
Odd giriş qapısına birinci çatıb zəngi basdı, əvəzində ye-
niliyi birinci Balaca çatdırdı. O, Marenin qoltuğunun altından
güllə kimi keçib, özünü birbaşa yemək otağına saldı, heç altı
bir lay qar bağlamış çəkmələrini ayaqaltına silməyə də vaxt
itirmədi; linoleumun üzəriylə qaçarkən yıxılmamaq üçün
qollarını qoşa qanad kimi yanlara açıb birnəfəsə dedi:
– Təyyarə qəzaya uğradı!
Odd isə tələsmədi. Giriş qapısını arxasınca bağlayıb, qarı
çəkmələrindən, corablarından səliqə ilə təmizlədi. Sonra
papağını, gödəkcəsini və şərfini mıxdan asdı, əlcəklərini quru-
maq üçün batareyanın üstünə qoydu və yaşlı adamlar kimi
güzgüdə özünə nəzər saldı.
O, mart ayının adi bazar günü nahar stolu arxasında
əyləşməzdən və dana ətinin qızartmasına girişməzdən öncə
tərbiyəli oğlanın etməli olduğu bütün işləri səliqə ilə gördü –
yeməyə də ehtiyatla, tələsmədən başladı.
Çünki... baş verənlərin hamısını lazım olduğu kimi görən
yeganə adam kim idi? 131
Bu adam – Odd idi.
Bəs qəzetdə “Aviasiya” rubrikasını daim oxuyan və bütün
bunlar haqqında əsl bilicilər kimi danışmağı kim bacarırdı?
Yalnız Odd.
Nəhayət, bədbəxtliyin hansı şəkildə baş verdiyini izah edə
biləcək yeganə adam kim idi?
Yalnız Odd.
Təyyarənin qanadının necə qırıldığını indi kim hamıya
danışa bilərdi?
Əlbəttə ki, Odd.
Bəs qəfil çökmüş sükutu və təyyarənin qəfil yerə çırpıl -
masını, çığırtı və vahiməni, camaatın hay-küyünü və “Təcili
yardım”ın gəlməsini kim təsvir edə bilərdi?