Page 128 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 128
XX əsrin Norveç hekayələri
çıxanda hər ikisi heydən düşmüşdü. Balaca, az qala, ağla -
yacaqdı. Axı o, adları əzbərdən çox qəşəng bilirdi! Əvəzində
ikinci raundda revanş götürdü: bic tərpənərək hələ startda irəli
çıxmışdı və bu üstünlüyü “Yens” adına qədər qoruyub saxladı.
– Andandreas, Berbernhard, Vi... Viktor, Qab.. Qabriel,
Da.. David, Ye... Yens, Jan, İvar, Karl, Lars, Morten, Nils, Odd,
Pet...
– Ora bax! – Balaca qışqırdı.
Başlarını qaldırıb parlaq mart günəşinə baxanda ikisi də
asqırdı: günbatan tərəfdə dağın üstüylə çox aşağıdan uçan boz
rəngli kiçik təyyarə anbaan iriləşirdi, axırda da aerodromun
göy qübbəsinə gurultuyla daxil olub, qardaşların başı üzərində
fırlandı.
– Bax, norveçlidir! – başı çıxanlardan bir neçəsinin arxa
cərgədən səsləri gəldi.
– Norveçlidir! – Balaca həyəcanla qışqırdı.
– Bir ora bax, əsl hava baletidir! – Odd dedi.
Hərəsi öz çalasında durub sağ gözünü qıymış, yaşarmış sol
gözünü isə göyə zilləmişdi. Gözqamaşdırıcı işıqda qanadları və
quyruğu parıldayan boz təyyarə lap yuxarıda dövrə vururdu:
parlaq mavi səmanı fəth edən qorxusuz quş, xalis möcüzə!
128 – O, havada təkərlərini fırladır! – Balaca heyrətlə dilləndi. –
Ora bax, Odd! Gör necə fırlanır, gör necə fırlanır...
– Deyəsən, onun əcəli çatıb, – Odd onun sözünü yarımçıq
kəsdi.
– Yox, bir baxın! Bir ona baxın! – adamlar yer-yerdən
qışqırışdı. – O, ağlını tamam itirib. Başına iş açacaq! Yox, siz bir
ora baxın... belə şey ömür-billah görünməyib!..
– Sakit ol! – həyatında belə dəhşətləri çox görən yaşlı
xanım kimisə çətirlə hədələdi. – Sakit ol, kimə deyirəm, yum
ağzını!
– Di yıxıl ordan, şil-küt ol görüm, lənətə gəlmiş! – arxa
tərəfdən kimsə dəlicəsinə çığırdı.
Ancaq təyyarə qorxudan ağarmış ağ sifətlərin dənizi
üzərindən axırıncı dəfə nəriltiylə və çox aşağıdan keçərək yay