Page 126 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 126
XX əsrin Norveç hekayələri
komaladığı qar topası boyunca uzanan arxa düşürdülər. Sonra
işlər yaxşı getdi. Amma Balaca birdən dayandı: ayaqqabısının
bağı açılmışdı, həm də ağzında bərkiyib daşa dönmüş yeməyi
yerə boşaltmalıydı. İkisi də soyuqdan dona-dona tramvaya
qulaq kəsilmişdi... Amma yox, hələ ki, gəlmirdi. Yalnız təpəyə
qalxanda tramvayın cingiltisini eşitdilər. O artıq döngənin
arxasındaydı!
Bir-birinin əlcəkli əlindən bərk-bərk yapışıb, sərt yoxuşdan
aşağı cumdular. Ayaqları dolaşa-dolaşa qaçır, çəkmələrinin nal
vurulmuş dabanı buzdan qığılcım çıxarır, xəz papaqlarının
dimdiyi burunlarını döyəcləyirdi. İkisinin də ürəyi bərk-bərk
döyünürdü. Birdən gözlərini eyni cür bərəldib, tramvay
əyləcinin cırıltısını batıran zil səslə birağızdan bağırdılar:
– Gəl qoşquya minək!
Və hər şey başlandı.
Gedəcəkləri yerə nə vaxtsa çatacaqlarına artıq ümidlərini
itirmişdilər. Xensengenə nə qədər yaxınlaşırdılarsa, getmək bir
o qədər çətinləşirdi. Harada qalmışdı axı bu Xensengen? O
haradasa o tərəfdə, qarla örtülmüş bitib-tükənməz yolda ağır-
ağır addımlayan insan axınının, qara paltarlı adamların uzun
sırasının axırında olmalıydı. Amma hanı o, haradadır? Dəb -
126 dəbəli qış paltosunda olan enli kürəklər görüntünün qarşısını
kəsirdi. Xəz kürklü o qədər kök qadın vardı ki!..
Hamını ötüb-keçməyə çalışan qardaşlar yolun qırağına
çıxdılar. Qurşağacan qar içində tövşüyə-tövşüyə gedir, ağ yolun
üstündə qara, əyri-üyrü izləri qalırdı. Odd qabaqda gedirdi,
arxadan isə Balacanın mızıltısı eşidilirdi:
– Gecikirik axı!
Ən dəhşətlisi onlar mavi səmanın ənginliyində üç xırda
təyyarəni görərkən oldu. Hər ikisinin içindən hiddətli, acıqlı
bir nalə qopdu:
– Hər şey bitdi artıq!
Arabir təzədən dala qalıb, yolda veyillənən adamların to -
pa sına qarışır, tez-tez xəz papaqlarını çıxarıb, – bu vaxt qırxıl -
mış tərli başlarından buğ qalxırdı, – birağızdan qışqırırdılar: