Page 124 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 124
XX əsrin Norveç hekayələri
Ona görə dedi ki, deməmək olmazdı.
Əslində, belə xəbərlər adamın dilindən öz-özünə çıxır: lap
adam bunun pis qurtaracağını bəri başdan bilsə də,
gözləntisinin əbəs olduğunu hiss etsə də, hətta uğur qazan-
maq ümidi qısa və kədərli “Şanslar = 0” tənliyi ilə ifadə olunsa
da.
Bununla belə, demək lazım idi.
Axı əgər Hensengendə hansısa əsrlərdə, üstəlik, bazar
gününün günortasına Norveç və xarici təyyarəçilərin iştirakı
ilə aviasiya yarışları təyin olunubsa və böyüklər üçün bilet iki
krona, uşaqlar üçün bir krona satılırsa və əgər Balaca ilə Odd
dünən bütün günü bu bayram haqqında danışıblarsa, deməli,
bunu mütləq demək lazım idi. Sonrası nə olacaqsa, qoy olsun.
Qoy lap əvvəlcə dünyada necə naşükür uşaqların olmasına
dair qısa nitqlər söylənsin; sonra – ailənin maddi vəziyyəti
barədə bədbin təhlillər aparılsın; ardınca – bütün ömrü boyu
heç bir əyləncə görməyən ailə başçısının kədərli uşaqlıq illəri
xatırlansın və xoşbəxtlikdən, o vaxtlar hələ mövcud olmayan
heç bir hava bayramına getməməsi barədə ürəkdən and
içilsin; axırda da qızğın çağırışlar edilsin ki, bəs elə bu dəqiqə
minlərlə (bəlkə də, milyonlarla) bədbəxtin dilə vurmağa yavan
124 çörəyi də yoxdur, “bizsə öz yemək otağımızdakı masa
arxasında rahatca oturub səhər öynəsi ilə məşğuluq və gərək
buna hamımız sevinək, taleyimizə şükür eləyək, ancaq siz
bunun əvəzində...”
Demək isə, onsuz da, lazım idi!
Hətta bunun ardınca ən dəhşətlisi – yulaf sıyığını tez
yemək barədə sakit, lakin qəti əmr gəlsə də (“indi biz hamılıqla
kilsəyə yollanmalıyıq”).
Əvəzində, artıq hər şey deyilib.
Hensengendə hava uçuşları bayramı danılmaz fakt idi və
ailənin bütün üzvləri buna öz münasibətlərini nə cürsə
bildirməliydi. Əgər birdən üzə çıxsa ki, Odd deyəni heç kəs
eşitməyib, onda bunu təkrar söyləmək lazım gələcəkdi. Kəsəsi:
bayram günorta vaxtı olacaq.