Page 125 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 125
Finn Havrevol
Sükut.
Uzun bir sükut.
Bazar günləri, səhər yeməyi arxasında ortaya çökən
həmişəki sükut.
Ata dünəndənqalma boyat balığın başıyla əlləşir. Balaca
ağır-ağır çeynədiyi yeməyi guya udur, əslində isə onu ağzında
bir topaya yığıb ovurdunda gizləyir və susur. Odd sıyığı yeyib,
rədd cavabını sükut içində intizarla gözləyir.
Odd öz halına vaxtından tez acıyır. İlk növbədə nimçənin
içində qaymağın ən yağlısını axtarır, onu dilinin üstünə qoyub
uzun-uzadı sorur: dünyada yağlı qaymaqdan iyrənc şey yoxdur.
Sonra nimçədə qalan ikinci balıq başını gözdən keçirir:
dünyada boyat balıq başından pis şey ola bilməz. Daha sonra
kilsədə dinməzcə oturub, duaları necə dinləyəcəyini təsəvvür
edir. Bir də ölü olmağın və tabutda uzanmağın necəliyini
düşünür.
Yemək otağında hələ də sakitlikdir.
Kömbənin axırıncı tikəsini ağzına qoyan Balaca onu udmalı
oldu, çünki daha ovurdunda yer qalmamışdı. Ana yüngülcə
köks ötürdü. Ata balığın uzun sümüyünü dərisi və başıyla birgə
nimçəyə tüpürdü. O biri balığın başı isə iyrənc nəzərlərlə Odda
baxır. 125
Ata öskürdü. Sonra pendir qabının qapağını qaldırdı...
Və inanılmaz şey gerçəyə çevrildi!
İri və parıltılı sikkələr bütün gecə batareyanın üstündə
qurudulmuş isti əlcəklərin içində cingildəyir. Təzəlikcə
yamanmış rantlı çəkmələr pilləkənlə gah yuxarı gedir, gah
aşağı. Tez ol, Balaca! Tez elə, Odd! Gecikirik axı! Bax bu, sizə
şərf, bu, buterbrod, amma baxın ha... ehtiyatlı olun ki,
tramvayın altına düşməyəsiniz, maşından özünüzü qoruyun,
yaddan çıxarmayın: nahar saat dörddədir...
Nəhayət, dəhlizdən eşidilən axırıncı xəbərdarlıq:
– Propellerdən özünüzü qoruyun!
Günəş qarı əritmişdi, daş yola birləşən səki buz bağlamışdı
və qardaşlar ayaqlarındakı sürüşkən çəkmələrlə tez-tez atanın