Page 129 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 129
Finn Havrevol
tarlasının o başında məzəli şəkildə dövrə vurdu, sonra da
öskürüb asqıraraq yerə endi.
– Ura! – tamaşaya yığışanlar qışqırışıb şlyapalarını,
əllərindəki proqram vərəqlərini yelləməyə başladılar.
– Ura! – Balaca qışqırıb xəz papağını göyə atdı.
– Bis! – Odd astadan dilləndi.
– İsveçlidir! – camaatın arasından kimlərsə təsdiqlədi.
– İsveçliymiş... – Balaca dilxorcasına dedi.
Göydə təzə təyyarə peyda oldu – hər qanadının üstündə
üç tac olan iri, sarı bir təyyarə. O, heyran sifətlərin üzərindən
cəhənnəm bağırtısıyla qasırğatək ötüb-keçdi; ağır daş kimi
aşağı enib, tez də ox kimi göyə şığıdı; sonra yenidən aşağı enib,
bir də göyə milləndi və qaba, çılğın, məzəli bir oyun çıxarıb
havada dövrə vurmağa, fırlanmağa başladı...
Kütlə heyrət içində kükrəyirdi. Baxışlarda qorxu, təəssüf
və peşmanlıq getdikcə daha kəskin hiss olunurdu. Artıq hamı
acı gümanlar içində çırpınır, xəz kürkə bürünmüş adamlar
gizlincə bir-birinə baxıb təsəlli və dəstək axtarırdılar. Gümanlar
əzaba, ağrıya dönürdü və amansız gerçəkliyə çevrilərək
norveçlilərin sarsılmış ürəklərindən inilti kimi bayıra çıxırdı.
– O, norveçlidən yaxşıdır! Çox yaxşıdır, qat-qat yaxşıdır...
– Baxın, baxın! – tamaşaçılar ah-uf eləyirdi. 129
– O, dəli olub, ağlını itirib! – bəziləri zarıyırdı.
– Yaxşı şey gözləmə! – başqaları da onlara qoşulurdu.
– Səni görüm tikə-tikə olasan, lənətə gəlmiş! – camaatın
içindən kimsə arzusunu dilə gətirdi.
– T-rax! – təyyarədən cavab sədası gəldi.
Və aşağıda hər şey susdu...
Təyyarə yerə çırpıldı.
İkisi də ardıc kolunun eyni budağı altında özünə gəldi.
Balaca əlcəyini itirmişdi, Odd baş barmağını əzmişdi. İki -
sinin də üzündə nazik qar qatı vardı və əriyib şərfin altından
yanaqları boyunca aşağı süzülürdü. Təzədən özlərinin tap -
danıb hamarlanmış qar çalalarına qayıtdılar, papaqlarıyla bir-
birinin üstündən qarı çırpıb təmizlədilər.