Page 130 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 130
XX əsrin Norveç hekayələri
– Qorxma, – Odd dedi.
– Onsuz da, onlar hələ havada olanda huşlarını itirirlər...
– Hə, heç nə hiss eləmirlər...
Onların ətrafındakı kütlə dəniz kimi kükrəyirdi. Sarı
təyyarə, nəhayət ki, yastı təpəyə çırpılanda, şil-küt olub
təyyarəlikdən çıxanda, üstündə mavi tüstü şırnağı olan dəmir
topasına çevriləndə, dəhşətli eniş zamanı bir neçə saniyəlik
ölü sükut içərisində adamlar özlərinin hələ də salamat
olduqlarını başa düşəndə və xəz kürklərinin altında ürəklərinin
döyüntüsünü hiss edəndə – sanki qarşılarında cəhənnəm
açıldı. Ləyaqətli vətəndaşlar, çoxsaylı nəsillərin və sabit
gəlirlərin sahibləri qonşularının əlindən yapışdılar, irəli cuma -
raq onların sinəsinə vurdular. Dinc, qərəzsiz adamlar bir-birinin
əlinə vurur, itələşir, ləzzətlə söyüşür, var gücləriylə qaça-qaça
daşların, köklərin, yerə sərilmiş qarıların üstündən tullanıb
keçirdilər ki, gözlərinin ucuyla da olsa, həlak olmuş qəhrə -
manın yanıb kömürə dönmüş meyitini, yaxud qanlı cəsədini
görə bilsinlər. Ancaq bir neçə min miskin şahidin şən çığırtısı,
ah-ufu, vay-şivəni, hıçqırtısı, söyüşü, duası, mızıltısı arasından
– bir sözlə, bütün bunların arasından – yay tarlası boyunca
dəlicəsinə şütüyən sanitar maşınının qulaqbatırıcı vıyıltısı
130 eşidildi...
Təkcə Balaca ilə Odd yerlərində dayanıb tərpənmirdilər.
Hər ikisinin içində qəribə, anlaşılmaz bir boşluq yaranmışdı
və bundan dizləri titrəyir, ayaq üstündə güclə dururdular.
Üstlərindən qar lopalarını çırpa-çırpa, təskinlik üçün
papaqlarıyla bir-birinin kürəyinə vurub, bir-birinə ürək-dirək
verə-verə beləcə çox durub qaldılar. Bir-birinə yazıqları gəldi.
Elə təyyarəçiyə də. Nə yaxşı ki, o, hələ havada ikən huşunu
itirmişdi...
İkisi də boğazlarındakı qəhəri uddu, ikisınin də ağlına
qəfildən eyni fikir gəldi... İkisi də gözünü bərəldib bir-birinə
baxdı və ikisi də eyni vaxtda qışqırdı:
– Tez gedək evə! Hamısını da danışaq!
Bax hər şey indi başlayırdı!