Page 135 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 135
Turbörq Nedreos
Yağış
ütün evlər qara rəngə bürünmüşdü. Ağ, boz, yaşıl
Bevlər qaralmışdı, divarlarına su ləkələrinin hopması
səbəbindən qapqara görünürdü. Hava da qara idi – lap qara
tüstüyə oxşayırdı. Küçədə bir nəfər də olsun, uşaq yox idi,
çünki yağışın şırıltısından qulaq tutulurdu. Hər tərəfdən
anlaşılmaz səslər eşidilirdi. Yağış sel kimi ensiz səkilərin kənarı
ilə axırdı, deyərdin ki, çaydır, burulur, köpüklənir! Navalçalar
şəlaləni xatırladırdı. Evlərin pəncərələri sanki göz idi – yağışa
baxmaq istəməyən qəzəbli göz! Küçələr sanki donmuşdu – boş,
kimsəsiz və soyuq, ancaq canlı idi, nəfəs alırdı. Gölməçələrdə
minlərlə yağış damcısı atılıb-düşür, kiçik dairələr əmələ gətirir,
bəzən balaca, ağ, fınxıran fəvvarəyə çevrilirdi, parıltılı asfaltın
üzərinə düşən kölgələr də elə bil rəqs edirdi. Maraqlıdır,
yağışın altında dayanırsan, su içmək üçün başını qaldırıb ağzını
açırsan, tərs kimi, ağzına bir damcı da düşmür, əvəzində üz-
gözün islanır, hətta damcılar boynunun ardından da axır.
Qızcığaz dilini bir az da irəli çıxartdı, amma nə fayda? Dünyanın
ən güclü yağışının bir damlası da dilinin üstünə düşməyəcək! 135
Qızcığaz evin zirzəmisinə aparan pilləkənlə endi ki, yağışa
buradan tamaşa eləsin, üst-başı islanmasın. Bütün səki qay-
nayan, fınxırıb rəqs edən iri gölməçəni xatırladırdı. Damcılar
səki ilə sürüşə-sürüşə gedir, ora-bura vurnuxur, bəzən də
yerində atılıb-düşürdü. Zirzəmidən küçəyə baxanda səki qızın
gözləri ilə eyni səviyyədə idi. Çatışmayan bircə şey vardı: baş
örtüyünü yağış damcıları döyəcləsin! Ona görə başını kiçik
pəncərədən çıxarıb küçəyə boylandı. Sonra necə oldusa, heç
özü də bilmədən yağışın altına çıxdı. Ürəyindən keçdi ki, yağışa
toxunsun, onunla əl-ələ verib dostlaşsın. Hətta yağışı iylədi də:
rahatlıq və sakitlik qoxusu gəlirdi. Yağışla oynamaq, əylənmək,
onu nazlandırmaq çox maraqlı idi. Bu, onun yağışı idi, xoşuna
gəlirdi. Yağış xeyirxah və eyni zamanda qüssəli idi. Qız və yağış
baş-başa verib dərdləşirdi.