Page 140 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 140
XX əsrin Norveç hekayələri
ləyir, adamın lap zəhləsini tökürdü. Üz-gözü, paltarı tamam
islanmışdı, boynundan su axırdı. Özünü narahat hiss edirdi,
nəsə alınmırdı, sanki nəsə çatmırdı, onu məngənəyə salıb
sıxırdılar...
Ürəyindən keçdi ki, gərək almanı götürəydi. Səkinin
kənarında əyləşib xeyli ağladı, elə bilirdi ki, bu göz yaşları alma
üçündür. Ürəkdən ağlayırdı, gözünün qorasını sıxmaq xoşuna
gəlmişdi, ancaq bunu başa düşəndə artıq gec idi, göz yaşları
qurumuşdu, əvəzində küt ağrı qalmışdı. Bu ağrının yerini tapa
bilmirdi, tapsaydı da, üstünə üfürmək mümkün olmayacaqdı,
ona görə də qalxıb yoluna davam etdi. Səkinin kənarında
oturduğu üçün şalvarı da islanmışdı. Göy guruldayır, ildırım
çaxır, yağış da elə tökürdü ki, tut ucundan, çıx göyə!
Navalçalardan axan suyun ardı-arası kəsilmirdi, küçə və səkiləri
su basmışdı. Xerdisin üzü də su içində idi, yağış göz açmağa
qoymur, soyuq damcılar yaxalığından içəri süzülüb bədənini
deşirdi. Evə gəlib qapıya söykəndi ki, yağışdan qorunsun.
Qapının arxasında pillələr, dəhliz vardı, Finnin və onun
valideynlərinin mənzili də burada yerləşirdi. Cəmi bir neçə
pillə qalxmaq lazımdır. Finn qızlarla oynamağı sevir, əlbəttə ki,
kefi yaxşı olanda. Xerdisin qəlbində ümid qığılcımı şölələndi.
140 Küçədən əvvəlkitək yağış şırıltısının səsi gəlsə də, içəridən də
müxtəlif səslər eşidilirdi. Divara qısıla-qısıla pillələri qalxdı. Hər
pilləni qalxdıqca yağışın səsi azalır, yuxarıdan gələn səs isə
artırdı. Adamların səsi idi. İndi Finnə nə desin? Eh, deyər ki,
dişi laxlayıb. Ya da yox, yaxşısı budur, Finndən xəbər alsın ki,
onunla həyətə düşüb bənd qurmağa razıdır? Özü də böyük
bənd! Xerdis bəndin böyüklüyünü göstərmək üçün əlini yuxarı
uzatdı, pəncəsi üstündə dayandı, bundan hündürə əli çatmırdı.
Əli uyuşdu, onu hərəkət etdirməkdə çətinlik çəkdi.
Birdən tez əlini yanına saldı, islanmış plaşında büzüşüb
qaldı, diqqətlə dinləməyə başladı.
Divarın arxasındakı səslər getdikcə artırdı. Qadın ucadan
ah-nalə edib hönkürürdü. Göz yaşı tökürdü! Xerdis qorxudan
tərpənə bilmədi. Amma gizlincə qulaq asmaq ona çox maraqlı