Page 145 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 145
Nils Yuxan Rüd
larının arxasında uşaqlar oynayırdı, ortada təmizlənmiş sahə,
çəmənliyə oxşar yer qalmışdı və bu yaz da yamyaşıldı.
– Ana, sən qayıdana qədər biz burda gözləyəcəyik, – oğlu
dedi.
Oğlan bacısının əlindən tutdu və xarabalığın arasından yol
tapmaq üçün boylandı. Anası fikrə getdi. Onu əliboş tor-
balarla, vedrələrlə, zənbillərlə dolu qadınların uzun-uzadı
sırasında növbəyə dayanmaq gözləyirdi. Artıq belə növbələr
uşaqlar üçün əyləncəli deyil, adiləşib və onları ancaq yorur.
Bəlkə, bu gün onları incitməsin? Amma qadın xatirələrdən
xilas ola bilmirdi. Xarabalığın qalıqları altında bu qədər böyük
qəzəb, kin gizlənmişdi. Şəhərdə minlərlə xarabazarlıq var, bir
zamanlar onların hamısı ev idi. Amma yanlarından keçəndə
kiminsə həyəcanını hiss eləmir, həmin xarabazarlıqlar onu
özünə çəkmir.
– Bəlkə, yolumuza davam edək? – deyə o, etiraz elədi. –
Siz başqa yerdə də oynaya bilərsiz. Orda da uşaqlar var...
Amma oğlan artıq kərpic qalağının üstünə dırmaşmışdı.
Bacısı ondan ayrılmırdı və o, geri döndü ki, ilk maneəni aşmaq -
çün qıza kömək eləsin. Oğlan buraları tanıyırdı və bir zamanlar
burada – bu ot basmış həyətdə olan hər şeyi xatırlayırdı. Bu-
rada uşaqlar həmişə çox olurdu. Onlar daşdan başqa, heç nə 145
olmayan digər həyətlərdən qaçıb gəlirdilər.
Anası silkinib görünməyən əli üstündən atdı, dikəldi, səsi
də bir az həlim gəldi:
– Yaxşı, onda bacından mağayat ol. Mən qayıdana qədər
heç yerə getməyin.
Oğlan anasına əl elədi və kərpic yığınını arxasında
görünməz oldu. O, uşaqların açdığı cığırla gedirdi və ona elə
gəlirdi ki, hansısa sirli mağaradadı. Cığır uşaqların cingiltili
səsləri gələn tərəfə aparırdı. Anası hər iki tərəfdən yanaraq
məhv edilən evlərin qalıqlarının qaraldığı küçə boyunca getdi.
Uşaqlar dağıntının üstünə dırmaşırdılar. Qızın ayağı ilişdi
və daşın qırıntıları dizini sıyırdı. Oğlan ona tərəf əyildi və əlinin
arxası ilə qan damcısını sildi. Həm oğlanın əlində, həm də qızın