Page 150 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 150

XX əsrin Norveç hekayələri

                   – Amma nənəmlə bacımın ruhu göydə deyil.
                   – Murdar şeylər danışırsan.
                   – Mən nə danışdığımı bilirəm. Sənsə yox.
                   İndi ancaq bu iki nəfər danışırdı, qalanları isə yenidən
               donub-qalmışdılar. Oğlan qəzəblə qiyamçı qıza baxdı. Onun
               on bir yaşı vardı və özü bu uşaqlar üçün Allahdı. Amma qız
               yenə də sual verməyə cəsarət elədi:
                   – Sən məgər inanmırsan ki, ruh Allaha qovuşur?
                   Əl çəkməz də! Bu qızdan canını qurtara bilsə!
                   – Axmaqsan sən! – qıza dedi.
                   Amma yenə də bu körpələrə aydın olması üçün izah
               eləmək lazım idi. Və bu yerdə bacısından kömək gözləmək
               lazım deyildi. Üstəlik, qəfildən heç kimin görmədiyi bir şey
               gözünə dəydi. Yuxarıda, pəncərədə qırmızı çiçək gördü.
               Uşaqlara o çiçəyi göstərəcəkdi, amma bir qədər sonra.
                   – Nə dediyimi eşitmədin? Onların ruhları bu xarabalığın
               altındadı, – deyə oğlan etiraz eləyən qıza səsləndi, sonra
               hamıya izah eləməyə başladı: – Ruhlar göyə necə qalxa bilər,
               axı üstlərində ağır daşlar var.
                   Uşaqlar rahat nəfəs aldılar. İndi onlara hər şey aydın idi.
               Tərəddüd eləyən o qızsa birdən ağzını elə sıxdı ki, dodaqları
         150   ağardı və ağlayaraq cığırla küçəyə qaçdı.
                   Oğlan onu saxlamadı. Fikirləşdi ki, “axmaqdı da, indi onun
               uşaqlara göstərəcəyi çiçəyi görməyəcək”.
                   Oğlan hələ də çiçəyə baxır və gözünü ondan çəkməyə ürək
               eləmirdi. Qorxurdu ki, gözünü çəksə, çiçək yoxa çıxar. Axı bi -
               rinci dəfə yuxarı baxanda onu görməmişdi. Çiçək orada bir
               qədər əvvəl peyda olub, elə bil öz-özünə bitib. Bəlkə, onu
               günəş vücuda gətirdi? O, bayaqdan öz qüdrətini uşaqlara gös -
               tərə bilməkçün dəridən-qabıqdan çıxırdı. İndi isə gözlə -
               nilmədən yuxarıda, pəncərədə (pəncərəlik də qalmamışdı) əsl
               çiçək peyda olub.
                   Amma oğlan ehtiyatlı davranırdı, qorxurdu ki, başqaları da
               çiçəyi görərlər. Hərçənd qəlbinin dərinliklərində özündən
               başqa, heç kimin çiçəyi görmədiyinə əmin idi. Çiçək əvvəlcə
   145   146   147   148   149   150   151   152   153   154   155