Page 151 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 151
Nils Yuxan Rüd
çox da böyük deyildi, hətta demək olar ki, bapbalaca idi.
Birdən böyüməyə başladı. Özü də elə sürətlə böyüdü ki,
başcığın ağırlığından gövdəsi pəncərədən sallandı. Nə qədər
ki başqası onu görməyib, tələsmək lazımdı.
Oğlan həyəcandan ağır-ağır nəfəs aldı, boğazı qurudu,
sözlərinə ara verə-verə, təntənəli şəkildə dedi:
– Bax, yuxarıdakı o çiçəyi görürsünüz?
Hamı eyni anda başını qaldırdı. Onların heç bir şey ifadə
etməyən simalarından başa düşdü ki, balacalar çiçəyi gör -
mürlər. Günəş düz onların gözünə düşürdü, baxışları isə
onunku qədər iti deyildi.
Oğlan bacısına sarı döndü. Bəlkə, bacısı çiçəyi görür? Am -
ma qız susurdu. Onların hamısı susub, qorxu dolu gözlərini oğ -
lana zilləmişdilər.
– Hamınız kor olmusuz? – az qala, ağlamsınan səslə dedi.
Uşaqlar ondan aralandılar və sahənin lap kənarında cəm -
ləşdilər. Onlar narahat halda ətrafa göz gəzdirirdilər, hər şeyə
bir-bir baxırdılar, amma çiçəyəbənzər heç bir şey görmürdülər.
Onlar sadəcə üstündə dayandıqları çirkli otları, hisli daşları,
əyilmiş dəmirləri, qırıq-qırıq kərpicləri görürdülər. Səmanın
altında səhra hər tərəfə uzanırdı. Başının üstündə isə divarın
nəhəng parçasının məşum görüntüsünün qeyri-bərabər köl - 151
gəsi dayanmışdı.
Canlarını qorxu bürüdü, başa düşdülər ki, bura təhlükəli
olmağa başlayır və qaçmaq istədilər. Amma oğlan cığırı kəsib
qarşılarında dayanmışdı.
Oğlan onu satan bacısına baxmağa cəsarət eləmədi. Onu
ümidsizlik bürüdü və ağlına qorxaq fikir gəldi: “Yaxşısı budu,
çıxım gedim burdan. Qoy dayanıb gözlərini zilləsinlər”.
Bacısının əlindən tutub, arxasını çevirərək cığırla küçəyə
tərəf getmək istəyirdi. Amma getməmişdən əvvəl oğlan son
dəfə çiçəyə sarı nəzər saldı və onun nəhəng olduğunu,
pəncərənin çərçivəsində günəşin özü kimi parladığını gördü.
Birdən ağlına fikir gəldi. Ürəyindən keçirdi ki, yəqin, bunların
heç biri əvvəllər çiçək görməyib. Bərkdən dedi:
– Gözləyin, indi onu sizinçün dərəcəm.