Page 147 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 147
Nils Yuxan Rüd
bacısının əlini buraxdı, çəmənliyin ortasına çıxdı və tikilməkdə
olan evi ayağı ilə vurub dağıtdı.
Bacısı onun arxasında dayanıb sakitcə hıçqırırdı. Oğlan
ayaqlarını aralı qoyaraq yeni dağıntıların üzərində dayanmışdı
və ətrafında diz üstə çökmüş körpələrin ayağa qalxdıqlarını
görürdü. Onu ən birinci görən oğlan kərpici əlindən atıb o biri
uşaqların arxasında gizləndi. Uşaqlar əllərində nə vardısa,
hamısını yerə atdılar və bir-birinə qısılıb dayandılar. Ən
təəccüblüsü bu idi ki, gözlərində nə qorxu vardı, nə də küskün-
lük.
Qız qardaşına yaxınlaşdı. Oğlan bacısına ötəri baxdı və
başa düşdü ki, özünü lazım olduğu kimi göstərməyib.
Bu, onu tamamilə özündən çıxardı.
– Burda ev tikməyə qoymayacam, bunu belə biləsiz! –
uşaqlara dedi.
Heç kim cavab vermədi və o, izah elədi:
– Özüm tikəcəm!
Bacısına sarı çəpəki baxdı və anladı ki, bu dəfə lazım olan
sözü deyib. Uşaqlar hələ də etiraz etməyə cürət eləmirdilər
və altısı da (dörd oğlan, iki qız) ancaq gözünü bərəldib baxırdı.
Üzücü sükut çökdü. Oğlan eyni vaxtda altı cüt gözə davam -
lı baxdığına görə yanaqlarının alışıb-yandığını, gözləri ninsə 147
nəmləndiyini hiss elədi.
Bacısı köməyə gəldi. Qardaşının əlindən tutub uşaqlara
dedi:
– Siz axı burda yaşamamısız. Biz yaşamışıq. Bu, bizim
evimizdi.
Bu vaxt onları hamıdan əvvəl görən oğlan etiraz elədi:
– Bu, ev-filan deyil.
Uşaqlar bir-birindən aralandılar, gərginlik azaldı. Onlar
daha nə qorxu hiss edirdilər, nə də ki, küskünlük. Ancaq
maraqla oğlana baxırdılar. Hərçənd hamısından çox böyük idi,
amma o qədər də təhlükəli görünmürdü, çünki yanında elə
onlar yaşda bir qız vardı.
– Deməli, burda yaşamısız? – uşaqlardan biri soruşdu.