Page 148 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 148
XX əsrin Norveç hekayələri
– Bizim də evimiz vardı – başqa birisi dedi.
– Bizim də – üçüncü də əlavə elədi.
– Bizimsə yeni evimiz olacaq, atam qayıdanda, – bunu
dördüncüsü dedi.
Yekə oğlan yumşaldı. Bu uşaqların ona yad olmadıqlarını
birdən hiss elədi. Sadəcə onlar başqa evlərdəndilər, yeni
tikiləcək evlərdən. Bəlkə, yolu azıblar. Əvvəlki evin yerini tap-
maq o qədər də asan iş deyil. İndi onların hamısı bir-birinə
oxşayır. Oğlan uşaqlara nəsə yaxşı bir söz demək istədi,
məsələn, evlərini burada tikə bilərmişlər, o özü də dağıtdıq -
larını bərpa eləməkdə onlara yardım eləyərmiş və sair. Bilirdi
ki, bacısı da eyni şeyi deyərdi. Amma tələsmədi.
Balacalardan biri dedi:
– Bizimsə evimiz var. Bax ooordadı.
Günəş gözlərini qamaşdırırdı və uşağın dediyi ev sanki
qarşılarında göy üzünə qədər böyüdü, nəhəng evin pəncərə -
lərində günəş şüaları bərq vururdu.
Yekə oğlan bayaqkı xoş niyyətini unutdu, birdən-birə bu
uşaqlardan böyük olmadığını düşündü.
Təlaşla təzə xarabazarlığın üzərinə əyildi və daşları bir-
birinin ardınca kərpic qalağının üstünə tullamağa başladı: ta
148 ki, bütün ərazini təmizləyənə qədər.
– Hər halda, burda heç bir ev-filan olmayacaq – dedi, –
bağça olacaq.
– Bəsss! – uşaqlar xorla uzatdılar.
– Ev isə əvvəlki yerində olacaq. Mən bax orda tikəcəm.
Bunu deyib barmağıyla divarın qalıqlarını göstərdi. Mavi
səmadan işıqlanan günəş pəncərə oyuğundan axıb divarın çat-
çat olmuş suvağı boyunca çay kimi aşağı süzülürdü.
– Bu gün tikəcəksən? – nazik qız səsi soruşdu və uşaqlar -
dan biri qaqqıldayıb güldü. Oğlan qızışdı, köksündən nə isə
qopub düşdü, amma heç bir cavab vermədi.
Davakar qız isə davam elədi:
– Bəs atan tikə bilmir?
Uşaqlar yenə diqqətlə qulaq asmağa başladılar, sükut
çökdü.