Page 144 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 144
XX əsrin Norveç hekayələri
Xarabalığın uşaqları
adın ayaq saxladı və adəti üzrə, fikirləşdi: yenə də
Qeyni şey. Hər dəfə bu yerdən keçəndə elə bil kimsə
əlim dən tutur. Bax burada alaqapı vardı və mən o qapıdan
girərdim. Ətrafıma göz gəzdirib həmin o qapının, o evin daha
olmadığını öz gözümlə görməsəm, daha burada yaşamadığımı
anlamasam, yoluma davam eləyə bilmirəm.
Qadın səkidə, yaz günəşinin qurutduğu, sürtülmüş plitənin
üstündə dayanmışdı. Plitədən isti qalxırdı. O, həyətin dərin -
liklərinə, partlayışdan dağılmış və ikinci dəfə yandığından
göyümtül-qırmızı rəngə çalan kərpic divarların qalıqlarına
baxırdı. Qəlbində cövlan edən xatirələrdən üzü od tutub yandı
və üstündən dörd il keçəndən sonra yenidən istini, qoxunu,
tüstünü hiss elədi.
Bir qədər uzaqda, elə bu məhəllədə insanlar xarabalıqları
sökərək işləyirdilər. Yerqazan maşınların səs-küyü, kürəklərin
taq qıltısı ona və uşaqlara qədər gəlib çatırdı. Ağır yük maşı n -
ları özlərindən sonra yanan ağac qoxusu buraxaraq yanla -
144 rından şütüyüb keçirdi.
Qadın içindəki həyəcandan xilas olmağa çalışdı, çantanı o
biri əlinə aldı və gözünü xarabalıqdan ayırıb uşaqlarına baxdı.
Onlar dörd yaş böyümüşdülər, üzlərinə baxdıqca anlayırdı ki,
bu qapıdan girdikləri çox olub. Sanki hər şey başqa ömürdə
olubmuş. İndi oğlanın on bir, qızınsa dörd yaşı var.
Qadın üzünü günəşin şüasına tərəf çevirdi. Şüa onun
yanaqlarını al çalara boyadı, gözləri isə bir az da çuxura düşdü
və qaraldı. O, heç də göründüyü qədər yaşlı deyildi, təravətini
itirmiş, damarları çıxmış əlləri və alnının üstündəki ağ saçla -
rının haləsi onu belə göstərirdi. O, dinməzcə yanında dayanıb
gözləyən bu iki uşağın anası idi.
Onlar xarabalığın lap dərinliyindən gələn uşaq səslərinə
qulaq verirdilər. Köhnə həyətdə hələ həyat vardı. Daş qalaq -