Page 142 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 142
XX əsrin Norveç hekayələri
qaçırdı, külək onu xəzəl yarpağı kimi qabağına qatıb aparırdı
və tezliklə tinə çatıb gözdən itdi.
Xerdis pilləkəndə oturdu. Nə qədər oturduğunu heç özü
də bilmədi. Fikrə dalmışdı, gözünə heç nə görünmürdü.
Dişlərini şaqqıldadırdı, şalvarı tamam islanmışdı, hətta yağışın
kəsdiyindən də xəbər tutmadı.
Suyu süzülə-süzülə, ətrafdakı hər şeyə etinasızlıq hissi ilə
evə getdi. Baş verən hadisələri danışmaq üçün evdə kimsə yox
idi. Sonra isə hər şeyi unutdu...
142