Page 137 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 137
Turbörq Nedreos
Borqxildin anası Xerdislə mehriban danışırdı. Amma belə
havada gəzməyə çıxmaq olmaz, qadın dedi ki, indi mətbəxə
gedib təzə peçenye gətirəcək. Xerdis dəhlizdə qaldı, qapı öz-
özünə örtüldü, kimsə Xerdisi içəri dəvət edib demədi ki, bu-
rada gözlə. Yox, onsuz da, içəri keçib divar sobasının yanında
bir az qızınmaq, başını bir şeylə qatmaq, məsələn, kağız
gəlinciklərlə oynamaq ürəyindən deyildi. Bəyəm buna görə
gəlib? Qulağını qapıya dirədi. Borqxildin və balaca Qunnarın
səsi gəlirdi, hətta öz ürəyinin də səsini eşitdi: eyni qaydada,
aramla döyünürdü. Əgər onu qəfil öskürək, ya da hıçqırıq
tutsaydı, içəridəkilər bunu eşidəcəkdilər, bəlkə də, Borqxild
çıxıb deyəcəkdi ki, Xerdis mütləq içəri keçməlidir və qızlar bir
az əylənə bilərdilər. Ancaq Xerdisi nə öskürək tutdu, nə də
hıçqırıq. Borqxild rəfiqəsinin gəlişini duymadı, otağında oyun -
caqları ilə oynayırdı, qapıya çıxmaq fikri də yox idi.
Ona peçenye verib qapını üzünə bağladılar, Xerdisi qüssə
basdı.
Peçenyeni ovcunda sıxıb küçəyə çıxdı. Yağış kimsəsiz
küçələrdə at oynadırdı, damcıların səsi qulaqlarda əks-səda
verirdi. Yağış suyu evlərin divarlarından və eyvanlardan
süzülürdü, səkiləri çaya çevirmişdi, navalçalardan şırıltı ilə
axırdı, qarşısına çıxan hər şeyi döyəcləyib sanki nəğmə oxuyur, 137
qəhqəhə çəkir, xoruldayır və hönkürürdü. Yağışın islatdığı
peçenye şişəndə qız onu yedi. Dadlı idi, amma bundan da yaxşı
ola bilərdi.
Başqa əlacı qalmamışdı, indi küçənin o biri başına getmək
lazım idi. Hə, bu da Matildagilin yaşıl qapısı. Sual dolu baxış -
lar la pəncərəyə baxdı. Pəncərə qızın bu baxışlarını vecinə al -
madı, çünki yağış pəncərənin gözünü kor eləmişdi.
Dəhlizdə üç pillə vardı. Yaşıl sabun və çürümüş taxta iyi
verirdi. Yavaşca irəlilədi. Matildagilin qapısı ağzında dayandı.
Bilirdi ki, qapı birbaşa mətbəxə açılır. Buradan ətrafa yayılan
ağ qoxunu duydu, Matildagildən həmişə belə qoxu gəlirdi.
Qaynar ütü çəkilmiş camaşırların təravəti, ayaqqabı kremi,
səliqə ilə yuyulmuş döşəmə, dəhlizin o biri başında yerləşən