Page 139 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 139
Turbörq Nedreos
Xerdis kəlmə də söyləyə bilmədi. Vücudunu etinasızlıq
hissi bürüdü. Elə bil darıxdı, ya da... Nəsə, alınmırdı. Heç nə
çıxmırdı. Ağzını yumub dayanmışdı, baxmayaraq ki, laxlayan
dişi yox idi, ancaq dilini dişlərinə sürtürdü, buradan uzaq dur-
maq, lap uzaqda olmaq istəyirdi. Matilda yenə soruşdu ki,
Xerdis ona nə deməyə gəlib?
– Mənə təzə plaş alıblar.
Sözlər ağzından özbaşına çıxdı, çünki nəsə demək lazım
idi. Otağın ortasında dayanmışdı, plaşından süzülən damcılar
təmiz yuyulmuş döşəməyə axırdı. Xerdis bilirdi ki, arxasındakı
qapı açıq qalıb, qadın da onun nə vaxt çıxıb gedəcəyini
gözləyir. Matilda onun plaşına gözucu nəzər salıb topla oyna-
maqda davam etdi. Başını çevirib Xerdisə tərəf baxmadı da.
– Noolsun ki! Mən bunu çoxdan bilirəm!
Xerdisin fikirləri dolaşdı, onları bir-birindən aralaya
bilmədi, nə fikirləşirdisə, hamısı ona yalan kimi görünürdü.
Amma nəsə deməliydi, axı qapıdan içəri girəndə Matildanın
anasına söz vermişdi.
– Mənim balaca qardaşım olacaq.
Matildanın atası bayaqdan bu mənzərəni seyr edib
yırğalanırdı. Xerdisin son sözlərini eşidib dayandı. Xerdis ona
tərəf baxmırdı. Ümumiyyətlə, kimsəyə nəzər salmırdı, ancaq 139
bilirdi ki, bu sözlərdən sonra yırğalanan adamın sifəti əyildi,
gözləri də qəribə tərzdə yığılıb balacalaşdı. Xerdis otaqdan
çıxdı, bayaq döşəmənin üstündə buraxdığı yaş ləpirlərdən
başqa heç nə görmürdü. Matildanın səsini eşidirdi, lakin nə
dediyini anlaya bilmirdi. Bir də ki, nə mənası var, onsuz da,
Matilda onun yalan danışdığını bilir. Matilda bunu gözəl bilir.
Matildanın anası Xerdisə səsləndi:
– Alma istəyirsən?
– Yox, təşəkkür edirəm.
Deyəsən, könlündən alma keçirdi. Ancaq buradan tez-
tələsik uzaqlaşmaq lazımdır.
Yenə də ara verməyən yağış şırıltısı. Bu səs dünyanı başına
götürüb əcaib səslər çıxarırdı. Damcılar plaşın başlığını döyəc -