Page 132 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 132
XX əsrin Norveç hekayələri
Məlum məsələdir ki, Odd.
Deməli, bu barədə atanı kim məlumatlandıra bilər?
Odd, əlbəttə ki, Odd.
Lakin... çəkmələrindən, corablarından qarı səliqə ilə təmiz -
ləyən, papağını, gödəkcəsini, şərfini, əlcəklərini aparıb yerinə
qoyan, yaşlı adamlar kimi güzgüdə özünə göz gəzdirən və mart
ayının adi bazar günü nahar süfrəsi arxasına keçərək dana
qızartmasına girişən tərbiyəli oğlanın unutmalı olmadığı bir
məsələni unudan kim idi?
Yadımdan çıxmışdı, yenə də Odd...
Heç demə, hava paradını ata özü də izləmişdi, Xolmen -
koln dan izləmişdi.
Və bir halda ki Xensengendəki hava paradını o, Xolmen -
kolndan izləmişdi, deməli, hamısını görmüşdü, hətta Oddan
da yaxşı görmüşdü. Odd bunu tamam unutmuşdu.
Baş vermiş hadisənin vacibliyini dərk edən, öz bilgisi ilə
öyünən, ürəyi sevinc dolu səbirsizliklə çırpınan Odd tərbiyəli
oğlanın yadda saxlamalı olduğu bütün məsələləri yadda
saxlasa da, ən başlıcasını unutmuşdu – unutmuşdu ki, atanın
həmişə hər şeydən xəbəri var.
132 Bax buna görə qızardılmış ət və sous bayaqdan nimçədə
soyuyub donur: ata təyyarənin qanadının necə qırılması, onun
yerə necə enməsi barədə danışır. Bazar gününün rahatlığı
otağı bürüyür, ata isə işin əsl bilicisi kimi qəfil çökən sükutu,
təyyarənin yerə çırpılmasını, çığırtı və vahiməni, camaatın hay-
küyünü, “Təcili yardım”ın necə gəlib yetişməsini təsvir edir.
Atanın bu barədə dörd izahı vardı...
Yemək otağında, masa arxasında indi tam sakitlikdir.
Balaca dana ətinin tikəsini ağzına qoyub daş kimi
bərkiyənəcən çeynəyir, sonra da onu ovurdunda gizlədir. Ana
yüngülcə köks ötürüb, fikri dağınıq halda pəncərəyə baxır. Ata
bilmədən sousu qalstukuna sıçradır. Odd isə çənəsini eyni qay-
dada tərpədib xiyar bankasına bədbincəsinə baxır: dünyada
xiyardan pis şey yoxdur.