Page 146 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 146
XX əsrin Norveç hekayələri
dizində al-qırmızı zolaq qaldı.Qız heç cınqırını da çıxarmadı.
Onlar yeganə salamat divarın saldığı kölgədə qaldılar.
Burada sərin meh əsirdi. Onlar başlarını qaldırdılar və
yuxarıda pəncərə çərçivəsindən keçib divar boyu süzülən
günəşin şüasını gördülər. Taxta çərçivədə günəşdən işıldayan
şüşə qırıntıları sallanırdı.
Onlar brandmauerin qalıqlarının ətrafına dolanan əyri-
üyrü cığırla getdilər və gözlənilmədən günəşin gur işıqlan -
dırdığı meydançaya gəlib çıxdılar. Bura açıq ərazi idi, çirkli yaşıl
otla örtülü və hər tərəfdən səhra ilə əhatə olunmuş oazisdi.
Çox kiçik ərazi idi və beş-altı uşaq oranı tamamilə doldur -
muşdu. Uşaqlar dizi üstə oturub qırıntıları təmizləyərək ərazini
genişləndirirdilər. Səhranın sərhədlərində düşüb-qalmış kər -
pic lər əldən ələ ötürülərək otların təmiz olduğu çəmənliyin
mərkəzinə yığılırdı. Orada yeni ev ucaldılırdı.
Oğlanla qız oazisin sərhədində dayanıb uşaqları müşa hidə
edirdilər. Onların burada peyda olmalarına heç kim fikir ver -
məmişdi. Elə ki ərazi daşlardan təmizlənib açıldı, kökü açıq-
çəhrayı rəngdə olan sarımtıl otlar işığa çıxdı. Uşaq əlləri otları
kərpic qırıntılarından təmizləməyə girişdi. Təmizlənmiş ərazi
gözgörəsi genişləndi, daşlar isə ev tikmək üçün daha yararlı
146 idi. Səhranın ərazisinə dəmir qırıntıları, zir-zibil, yonqar atılıb-
qalmışdı.
Oğlan yenidən bacısının əlindən tutdu. Onun ciddiyyəti
qıza da sirayət elədi. Oğlan qərarsızdı, tərəddüd edirdi, oyuna
necə girəcəyini, tanımadığı bu uşaqlara özünü necə göstərə -
cəyini bilmirdi. Uşaqlar onun kim olduğunu bilmirdilər. Çətin
ki, oğlanın və bacısının haqqında bir məlumatları olaydı.
Bu vaxt “inşaatçılardan” biri ayağa qalxdı və onları gördü.
Uşaq qorxa-qorxa bu yekə oğlana marıtladı və cızıq-cızıq
olmuş kiçik əllərindəki daşı oğurluq bir şeymiş kimi, bərk-bərk
sıxaraq donub-qaldı. O biri uşaqlar işlərinə davam elədilər, bir-
birinin sözünü kəsərək danışır və səylə çalışırdılar.
Yekə oğlan balacalara qaşqabaqla baxır, böyük olmanın
üstünlüyünü hiss edirdi və tezliklə bu hiss onu acıqlandırdı. O,