Page 149 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 149
Nils Yuxan Rüd
Meydan oxunmuşdu. Yekə oğlan qaşqabaqlı və qəzəbli
halda dayanmışdı. Amma bundan başqa, heç bir şey eləyə
bilmirdi. Ərazidəki bütün daşlar təmizlənmişdi və sərin otlar
ayaqlarının altını qıdıqlayırdı.
Bacısı onun əvəzinə cavab verdi:
– Bizim atamız qayıtmayıb. Əgər bir gün qayıtsa, onda...
– O qayıtmayacaq, – oğlan dedi və nəhayət, ağlına xilase -
dici cavab gəldi: – Amma mən böyüyəndə özüm ev tikəcəm.
Ətrafda dayanmış uşaqlara nəzər yetirəndə artıq onların
gözlərində şübhə görmədi və bu uşaqların tamamilə dost
olduqlarını hiss elədi. İndi onlar oğlandan daha çox şeylər
gözləyirdilər. Ağızlarını açıb ona qulaq asır, sanki onun qeyri-
adi nəsə eləməsini umurdular. Bəlkə, onlar üçün bir oyun
fikirləşsin, ya da ev tiksin? Yox, bunu onlar özləri də edirdilər
və bu, heç də onların bildiklərindən artıq bir şey olmayacaqdı.
Oğlanı narahatlıq bürüdü, qalib kimi qürurlu duruşu qeyb
oldu, gözləri çarəsizcə oynadı. Onlar üçün möcüzə yarada
bilməzdi. Nəhayət, bacısına baxdı, sanki ondan dəstək istəyirdi
və qız onun köməyinə çatdı, üzünü uşaqlara tutub:
– Bizim pəncərəmiz bax orda, yuxarıda idi – dedi.
– Hə, düzdü!
Oğlan kərpic divarı göstərdi. Divar başlarının üstündə 149
yırtılmış kulis kimi ucalırdı və onun namütənasib kölgəsi bap-
balaca yaşıl ərazidən keçib səhraya doğru uzanırdı.
Şəhadət barmağı işarə verən əl iki mərtəbə aşağı düşdü
və qalaqlanmış qırıqların üstündə donub-qaldı. Barmaqlar
gərilmişdi:
– Nənəmlə böyük bacım orda, aşağıda, bunların altın -
dadılar.
Oğlan bu sözləri elə ciddiyyətlə dedi ki, uşaqlar elə bildilər,
kölgə onlara tərəf yaxınlaşır.
– Ordadılar? – uşaqlar hamısı birdən soruşdu.
– Özləri yox! – oğlan hövsələsiz halda cavab verdi, – ruh -
ları.
– Ruhlar göydədi! – həmin o höcət qız dilləndi.