Page 154 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 154
XX əsrin Norveç hekayələri
Səlahiyyət sahibləri
omissiyada üç nəfər vardı. Dəmir yolunda partlatma
Kişləri mütəxəssisinin başına gəlmiş bədbəxt hadisəni
araşdıranlar səlahiyyətli dövlət işçiləri idi.
Şahid ifadəsindən sonra yaranmış sakitlikdə onlar iti
baxışlarla bir-birinə baxırdılar. Kök, sanballı cənabların üçü də
səlahiyyət sahibi idi. Belə cənablar isə protokolla bağlı hər
hansı anlaşılmazlıq yaranmamasının qeydinə qalmalıdırlar.
– Hm, – deyə baş mühəndis əsəbi halda qələmini masaya
vuraraq sözə başladı. Onun ikiqat buxağı və iyrənc dərəcədə
şişkin dodaqları vardı. – Son abzası silə bilərsiniz, – o, aralıda,
qapının ağzında oturub stenoqrafiya götürən katibə müraciət
etdi. – Hm, deməli, deyirsiz ki, partlayışı eşitmədiniz?
– Əvvəlcə hiss elədim, – şahid güclə eşidilən səslə cavab
verdi. – Ayağımın altında döşəmə silkələndi, partlayış olanda
isə bütün barak yırğalandı.
– Aydındı, aydındı, – polis inspektoru dedi. Onun başı ar-
muda bənzəyirdi. Keçəl, şiş təpəsi enli çənəsinin və şişman
yanaqlarının üstündən piramida kimi ucalırdı. – Bu zaman
154 qulaqcıqlar sizdəydi. Yəqin, qulaqlarınız partlamaq dərəcəsinə
gəlib çatmışdı.
– Doğrudu, az qalırdı partlasın, – şahid cavab verdi.
– Qulaqlarınız uğuldadı, elədi? – polis inspektoru oğrun-
oğrun soruşdu, digər komissiya üzvləri isə gözlərini şahidə
zillədilər.
– Hə, uğuldadı, – şahid çaşqın-çaşqın inspektora baxaraq
dedi.
– Belə çıxır ki, partlayışdan sonra eşitdiyiniz səs sadəcə
qulaqcıqdakı uğultu olub. Axı qulağınız təbil halındakı səs-küy
səbəbindən sizi aldada bilər.
Komissiya üzvləri təsdiq əlaməti olaraq başlarını yırğala -
dılar.
Səlahiyyət sahibləri həqiqətəbənzər mənzərə (həqiqətə
münasib bir don geyindirməlidirlər) yaratmalıdırlar, onu eynən