Page 158 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 158
XX əsrin Norveç hekayələri
məftilləri birləşdirir... biz barakda idik. Usta isə əlində dinamit
çuxura yaxınlaşdı. Onun sinəsindən telefon asılır və biz ona
siqnal verəndə ki, hər şey qaydasındadır, çuxurda heç kim
yoxdu, o, dinamitləri düzür.
– Biz dediyin kimdi?
– Yəni mən. Çünki mən onun baş köməkçisiyəm. Hamı
çuxurdan çıxdıqdan sonra mən ona siqnal verirəm, o da
detonatorları məftilə bərkidir. Oskar isə onları batareya ilə
birləşdirir. Amma usta çuxurdan çıxmamış biz onu işə salmırıq.
Usta gəlib hər şeyin hazır olduğunu dedikdən sonra biz barak-
dan barıtı alışdırırıq.
– Və bütün müddət ərzində telefonla əlaqə saxlayırsınız? –
nazirlikdən gələn məmur soruşdu.
– Yun, yəni usta, telefon boynunda gəzir, şnuru da ardınca
sürüyür. İkinci köməkçi ilə mən isə barakda telefonun yanında
otururuq və bütün müddət ərzində onunla danışa bilirik.
– Deməli, siz və ikinci köməkçi onunla daim əlaqə
saxlayırsınız, – baş mühəndis təsdiqedici şəkildə başını
yırğaladı. – Hə, təhlükəsizlik texnikasına qüsursuz əməl edilir.
– Barakda iki cihaz var. Usta deyəndə ki bir nömrəli dəlik
hazırdı, Oskar həmin məftili birləşdirir, sonra iki nömrəli dəlik
158 və digərlərinə keçirik.
– Bəs bu dəfə necə oldu?
– Dünən axşam da belə oldu. Düzdü, saat heç beş də yox
idi, amma uşaqlar çuxurdan çıxıb getmişdilər. Təkcə bir nəfər
nəsə orda ilişib-qalmışdı. Biz barakın pəncərəsindən onun
alətləri drezinaya yerləşdirdiyini görürdük. Görünür, məftilləri
elə o drezina əzib xarab eləmişdi. Qaş qaralmışdı və biz ancaq
ustanın qaranlıq çuxurda tərpənən kölgəsini görürdük. Sonra
o, fənəri yandırdı. İşıq əvvəlcə aydın göründü, sonra dərinlikdə
yoxa çıxdı. Tezliklə usta dəstəyi tıqqıldatdı. Dedi ki, çuxurda
heç kim yoxdu. Bayır tərəfdə kimsənin olub-olmadığını
soruşdu və dedi ki, başlamaq olar.
– Dəstəyi tıqqıldatdı? – baş mühəndis qaşlarını qaldırıb
soruşdu.