Page 161 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 161
Qustav Benneke
– Demək istəyirsiniz ki, partlayışdan sonra səs eşitdiniz?
Hə? – polis inspektoru sərt şəkildə onun sözünü kəsdi. Bu
cəfəngiyyatdan boğaza yığılmışdı.
– Bəli, biz səs eşitdik, – şahid cavab verdi, – Telefon üç
xəttə, üç aparata qoşulub. Onu hətta söndürəndə də küy
eşidilir.
– Belə de! – nazirlik əməkdaşı yüngülcə nəfəs aldı. –
Amma səsi eşitmədiz də, eləmi?
Birdəqiqəlik sükut çökdü. Usta köməkçisi səlahiyyət
sahiblərinə baxdı. O, baxışlarını bir-bir komissiya üzvlərinin
üzündə gəzdirdi və hansı cavabı eşitmək istədiklərini o
üzlərdən oxudu.
– Yox, – sakitcə dedi. Usta axı ölmüşdü, ona görə də...
Komissiya üzvləri dərindən nəfəs aldılar və razı halda
başlarını yellədilər. Bax bu oldu aydın və dəqiq cavab.
– Çox sağ olun! – baş mühəndis təbəssümlə dedi.
– Bir dəqiqə! – polis inspektoru mehribancasına dedi. –
Neçə vaxtdı burda işləyirsiniz?
– Bir il, yəqin ki. Təxminən bir il.
– Onda, yəqin ki, partlayıcıların dilini bilirsiniz və usta
vəzifəsini tuta bilərsiniz, – inspektor gülümsündü. –
Təcrübəniz də var. 161
İkinci usta köməkçisi çaşdı. Ustanın maaşı pis deyildi.
– Hə də, belə, – deyə o, başını yırğaladı.
– Çox sağ olun! Gedə bilərsiniz. Biz bu barədə düşünərik.
Qapı şahidin arxasınca bağlananda inspektor digər komis-
siya üzvlərinə müraciətlə dedi:
– Bu tikintinin çox böyük əhəmiyyəti var. Hansısa bir
bədbəxt hadisəyə görə işləri dayandıra bilmərik axı. Ən yaxşısı,
öz işçilərimizdən birini usta qoymaqdı. Yerli şəraiti yaxşı bilən
adam olmalıdı.
– Qətiyyətli, etibarlı olmalıdı, – nazirlik nümayəndəsi
təsdiq elədi, – daha bayaqkı kimi yox. Nəydi adı?
– Lauritsen, – baş mühəndis cavab verdi. – Çox əsəbi adam
idi. Ona güvənmək olmaz.