Page 160 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 160
XX əsrin Norveç hekayələri
– Mən axı səsi eşitdim! – şahid qışqırdı, – Oskar da eşitdi.
– Yaxşı, oldu, çox sağ olun, kifayətdi, – polis inspektoru
soyuq tərzdə dedi. – Bu sözlərinizdə təkid edirsiniz?
– Bəli, – şahid çiyinlərini qısıb pıçıldadı.
– Təşəkkür edirik. Gedə bilərsiniz, – nazirlikdən gələn
məmur qısaca dedi. Səlahiyyət sahibləri vaxtlarını belə
sayıqlamaları dinləməyə xərcləyə bilməzlər. Elə ki şahid məyus
halda qapıdan çıxdı, o, digər komissiya üzvlərinə baxdı:
– Qərarsız adamdı, elə deyil?
– Etibarsızdı, – baş mühəndis başını buladı. – Partlatma
işləri üzrə mütəxəssis kimi çalışa bilməsi üçün mətanəti çatmır.
– Heç attestatı da yoxdu, – polis inspektoru əlavə elədi, –
başqa birisini axtarmalı olacaqsınız.
Nazirliyin nümayəndəsi jiletinin cibindən saatını çıxardı.
Hörmət və nüfuz sahibi olan məmur heç vaxt qol saatı
taxmırdı.
– Bitirmək vaxtıdı, – əsəbi halda dedi. – Artıq gecdi.
– İkinci köməkçini çağırın, – baş mühəndis stenoqrafçıya
tərəf döndü.
Bu dəfə şahidin dindirilməsi heç bir maneə olmadan, çox
rəvan getdi. Cavablar qısa və aydındı. Hələ ki, bu cavablar
160 müdiriyyət nümayəndələrinin dediyi ilə tam üst-üstə düşürdü.
“Bu, tamam başqa xarakterli adamdır, – polis ispektoru
razı halda fikirləşdi. – Etibarlı, dəqiq. Bu adam ayaqlarını yerə
güclü basanlardandı”.
İkinci usta köməkçisi hündürboy, şəvəsaçlı oğlandı. Sərt üz
cizgilərində nəsə bir fanatlıq vardı. Beləsi, nəyin bahasına
olursa-olsun, yüksəklərə ucalacaq. Tez başa düşəndi, diribaşdı,
aydın səsi vardı.
– Partlayış olmamışdan əvvəl ikiniz də qulaqcıqda ustanın
səsini eşitdiniz? – baş mühəndis soruşdu.
– Bəli, – ikinci köməkçi başı ilə təsdiq elədi.
– Partlayışdan sonra isə, yəqin ki, əlaqə kəsildi. Yəni...
qulaqcıqdakı titrəyiş yox oldu?
– Xeyr, – köməkçi cavab verdi.