Page 164 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 164
İnqval Svinsos
(1912–1990)
Trönleq xutorlarının birindә doğulub. Uzun müddәt
şaxtada işlәyib vә “Kopra kölgәsindә” (1949) adlı ilk
romanında müharibәdәn qabaqkı Norveç şaxtaçılarının ağır
hәyatını tәsvir edib. Yazıçının “Beş il” (1940) romanında
Norveçin müharibә illәri, “Döyüşlәrdәn sonra” (1954)
romanında isә müharibәdәn sonrakı dövrü öz dolğun әksini
tapıb. Yaradıcılığının növbәti mәrhәlәsindә daha çox hekayә
janrına üstünlük verәn Svinsos “Kol” (1965), hәmçinin
“Adamlar vә fәsillәr” (1971) adlı hekayәlәr toplusunda sadә
Norveç kәndlisinin hәyatını qәlәmә alıb.