Page 167 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 167
İnqval Svinsos
Hərdən Pederfredrik vaxtilə otardığı sürüdən maral da
əkişdirə bilirdi, onda arvadıyla daha heç nəyə ehtiyac duymur-
dular. Amma aydın idi ki, Pederfredrik çox dözə bilməyəcək.
Artıq neçə ildi ki, cilovlu at kimi idi, əl-qolu bağlıydı. Gücü isə
tükənirdi axı. Onun gördüyü işi heç kim görə bilməz, çəkdiyi
yükü heç kim çəkə bilməzdi – arvadı arabaya mindirib bu
dağdan o dağa, o dağlan bu dağa daşımaq asan məsələ de -
yildi. Hərdən eniş-yoxuşlar kilometrlərlə uzanırdı, belə ki,
dayanıb nəfəs dərməyə də macal olmurdu. Bir dəfə arvadı ona
dedi:
– Mən sənə yük olmasaydım, sən özünçün rahat, qayğısız
yaşaya bilərdin, Pederfredrik. Mənsə nə ölü kimi ölüyəm, nə
diri kimi diri. Hərdən uzanıb düşünürəm: kaş tez ölüb
gedəydim!..
O, arvadına cavab vermədi, amma bu fikir elə öz ağlına da
bir neçə dəfə gəlmişdi. Tanrı belə məsləhət bilibsə, Peder-
fredrik bu ağır yükü yenə çəkməlidir. Axı o, adicə bəndədir,
ixtiyarı öz əlində deyil, öz taleyini özü dəyişə bilməz. Bu,
Tanrının işidir, hökm də onunkudur. Beləcə, uzun yol boyunca
arvadının arabasını dartırdı; yorulur, tövşüyür, son gücünü
toplayıb ayaq üstdə güclə duruş gətirir, sürüşkən yerlərdə 167
kirşəni güclə saxlayırdı ki, Kersti-Mayya ilə bərabər dağdan
aşmasın. Dik yoxuşlardan aşağı enəndə kirşəni saxlamaq onu
dağa qaldırmaqdan daha çətin olurdu, xüsusən də kirşənin altı
buz bağlayanda. Pederfredrik ağcaqayın budağından bir cüt
əyləc də kəsib düzəltmişdi, amma qalın buz qatında bu da kara
gəlmirdi. Bir dəfə az qalmışdı kirşə əlindən çıxsın, onu güclə
tutub saxlaya bilmişdi.
Kersti-Mayyanın sözləri Pederfredriki düşünməyə məcbur
elədi. Belə çıxırdı ki, arvadı sidq-ürəkdən ölmək arzusundadır...
Və Pederfredrik düşündü: bəs əgər onu bu ağır yükdən qurtar -
mağa Tanrı özü qərar veribsə? Bəlkə, yaradan özü istəyir ki,
Pederfredrik ona bir az kömək eləsin? Axı əvvəllər Kersti-
Mayya belə sözü dilə gətirməzdi...